Azərbaycanda iri nominallı əsginaslar buraxıla bilər - RƏSMİ
Azərbaycan Mərkəzi Bankı (AMB) iri nominallı pul nişanlarının tədavülə buraxılması imkanını qiymətləndirir.
Adalet.az-ın xəbərinə görə, bu barədə Trend-in sorğusuna cavab olaraq Mərkəzi Bankdan bildiriblər.
Qeyd olunub ki, beynəlxalq təcrübədə tədavüldə iri nominallı əsginasların xüsusi çəkisi yüksəldikdə Mərkəzi Banklar tərəfindən dövriyyəyə növbəti iri nominallı əsginaslar buraxılır:
"Hazırda tədavüldə iri nominallı (50 və 100 manat) pul nişanlarının xüsusi çəkisi 90% təşkil edir. Bu baxımdan AMB ölkənin makroiqtisadi inkişaf templərini, eləcə də tədavüldə olan nağd pul kütləsinin artım dinamikasını nəzərə alaraq, nağd pulun strukturunun optimallaşdırılması və ödənişlərdə adekvatlığının təmin edilməsi məqsədilə milli valyutanın nominal strukturunun və iri nominallı pul nişanlarının tədavülə buraxılmasının mütəmadi olaraq qiymətləndirməsini aparır”.
Digər Xəbərlər
26 Aprel 2024 15:51
Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
26 Aprel 2024 12:14