Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olundu
Azərbaycanda iki məhkəməyə xanım sədrlər təyin olunub.
Adalet.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin aprelin 8-də imzaladığı "Bir sıra məhkəmələrin sədrlərinin, məhkəmə kollegiyaları sədrlərinin və birinci instansiya məhkəmələri hakimlərinin təyin edilməsi ilə bağlı bəzi məsələlər haqqında" Sərəncamında qeyd olunub.
Sərəncama əsasən, Günel Əkbərli Hacıqabul Rayon Məhkəməsinin hakimi və sədri, Gülnar Səfərəliyeva isə Naxçıvan Şəhər Məhkəməsinin sədri təyin edilib.
Qeyd edək ki, G.Əkbərli 1983-cü ildə Bakı şəhərində anadan olub. O, 2011-2017-ci illərdə Bakı şəhər prokurorunun ictimaiyyətlə əlaqələr üzrə köməkçisi, 2017-2018 Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin prokurorluq orqanlarının fəaliyyətinin təşkili kafedrasının müəllimi-prokuroru, 2021-ci ildən Yasamal Rayon Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
G.Səfərəliyeva isə 1988-ci ildə anadan olub. O, 2010-2018-ci illərdə Naxçıvan Ali Məhkəməsində məsləhətçi-məhkəmə iclas katibi, 2021-ci ildən isə Naxçıvan Şəhər Məhkəməsinin hakimi vəzifəsində çalışıb.
Digər Xəbərlər
13 Mart 2026 10:44
Azərbaycanda vəkillərin sayı açıqlandı
11 Mart 2026 17:05
Azər Qasımlıya hökm oxundu
06 Mart 2026 10:17
1 vəkil kollegiyadan xaric edildi - 3-ü cərimələndi
05 Mart 2026 15:55
Naxçıvanda mülki infrastruktura dronla hücumla bağlı cinayət işi başlanıb
05 Mart 2026 11:09
Qənimət Zayidovla bağlı qərar verildi
04 Mart 2026 18:34
Ramil Mənsimov Azərbaycana gətirildi
03 Mart 2026 13:15
Tələbə arvadını və körpəsini öldürən şəxs ömürlük azadlıqdan məhrum edildi
03 Mart 2026 12:06


Bakı -°C

