Azərbaycanda icra hakimiyyətləri ləğv olunacaq? - AÇIQLAMA
"Azərbaycan Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində bildirib ki, Qarabağda və Şərqi Zəngəzurda tətbiq olunan idarəetmə modeli bir gün ölkənin müxtəlif yerlərinə, bəlkə də, bütövlükdə ölkəyə tətbiq oluna bilər. Cənab Prezident əlavə edib ki, “çünki bu da operativ, çevik və daha az məmurun iştirakını tələb edən üsuli-idarə metodudur”.
Adalet.az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, cənab Prezidentin bu açıqlaması yerli idarəetmə strukturunun təkmilləşdirilməsinin davam etdirləcəyi baxımından vacib bəyanatdır:
"Paytaxt ilə regionlar arasında iqtisadi fərqin minimumlaşdırılması üçün yerli idartəetmə sistemində islahatların davam etdirilməsi aktual məsələlərdəndir. Regionlarda formalaşdırılan infrastrukturun daha çox dəyərə çevirlməsi üçün struktur islahatların rolu heç də az deyil. Aydındır ki, yeni dövrün yeni tələbləri var. Bu tələblər isə struktur islahatları nəticəsində bögələrimizə daha çox sərmayənin cəlb edilməsini aktuallaşdırıb. Hazırda Azərbaycan 14 iqtisadi rayon var. Bununla belə, Bakı şəhərindəki, Naxçıvan MR-dəki rayonlar daxil olmaq respublikada 76 rayon mövcuddur (12-si Bakıda, 7-si Naxçıvan MR-də, 57-si respublika tabeli rayon). Göründüyü kimi, rayonların sayı iqtisadi rayonların sayından 5.4 dəfə çoxdur.
Bütün bunlar kontekstində isə, cənab Prezidentin rəhbərliyi ilə struktur və institutsional islahatların davam edəcək. Bu isə Azərbaycan üçün yeni dövrün yeni hədəflərinə uyğun olaraq yeni idarəetmə modeli deməkdir".
Digər Xəbərlər
07 Yanvar 2026 17:20
DİN sürücülərə çağırış etdi
07 Yanvar 2026 17:14
"Qaçqınkom"dan Xanabad kəndinə köçürülmə ilə bağlı iddialara münasibət
07 Yanvar 2026 17:07
AMEA-dakı qanunsuzluqlarla bağlı cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 16:28
Gömrük Komitəsinin bir qrup vəzifəli şəxsinin cinayət işi məhkəməyə göndərildi
07 Yanvar 2026 15:58
Ermənistan təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızın sayı yeniləndi
07 Yanvar 2026 15:47
Leyla Əliyevadan Milad bayramı ilə bağlı PAYLAŞIM
07 Yanvar 2026 13:36
Səfərbərlik Xidmətinin rəisi bu tarixdə Neftçalada qəbul keçirəcək
07 Yanvar 2026 13:17


Bakı -°C

