Azərbaycanda hava şəraiti mülayimləşib - FAKTİKİ HAVA
Fevralın 12-i saat 11:00-a olan faktiki hava açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, ölkə ərazisində yağıntılar 11-i axşam saatlarından kəsilib, hava şəraiti mülayimləşib. Hazırda ölkə ərazisində əsasən yağmursuz hava şəraiti müşahidə olunur.
Düşən yağıntının miqdarı Neftçalada 14, Beyləqanda 5, Lənkəranda 4, Mingəçevir, Yevlax, Kürdəmir, Balakən, Zaqatalada 3, Göyçayda 2, Ordubad, Sədərək, Naxçıvan, Şərur, Naftalan, Oğuz, Zərdab, Sabirabad, eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində 1 mm olub.
Qar örtüyünün hündürlüyü Şahbuzda 49, Kəlbəcərdə 40, Laçın, Qubadlıda 33, Qaxda (Sarıbaş) 29, Biləsuvarda 23, Daşkəsəndə 19, Şuşada 15, Gədəbəydə 14, Cəlilabad, Yardımlıda 10, Xankəndidə 7, Astara, Ağdamda 6, Xocalı, Qubada 5, İmişli, Şəkidə (Kişçay) 4, Lerikdə 3, Füzulidə 2, Qəbələ, Qobustan, Xaltanda 1 sm-ə çatıb.
Naxçıvan, Daşkəsən, Gədəbəy, Şəmkir, Qax (Sarıbaş), Şəki, Qəbələ, Şamaxı, Qobustan, Quba, Göyçay, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.
Digər Xəbərlər
12 Fevral 2026 12:59
Azərbaycanda bu tarixlərdə İŞ OLMAYACAQ
12 Fevral 2026 11:48
Ağalıda torpaqların sonuncu müraciət qəbuluna başlanıldı
11 Fevral 2026 17:51
Qurban Qurbanov qızını belə təbrik etdi - VİDEO
11 Fevral 2026 17:50
"Məktəblərdə tədris proqramına müəyyən dəyişikliklər edilməlidir" - Dövlət başçısı
11 Fevral 2026 15:39
Azad edilmiş ərazilərdə məşğulluq imkanlarına dair fləşmob keçirilib - VİDEO
11 Fevral 2026 14:19
“Öz düşüncələrində bir tanrı obrazı uydurub ona inanırmışlar...”
11 Fevral 2026 11:06
Leyla Əliyeva Natiq Qasımovun ailəsini ziyarətindən görüntülər yaydı
11 Fevral 2026 10:28


Bakı -°C

