adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
17 Yanvar 2017 19:43
11883
İQTİSADİYYAT

Azərbaycanda hasil olunan qızılın miqdarı AÇIQLANDI

Azərbaycanda qızıl, gümüş və mis hasilatı ilə məşğul olan Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkəti 2016-cıildə "Gədəbəy” yatağından65 394 unsiya qızıl hasil edib.

Bu barədə Şirkət rəsmi saytında məlumat yayıb.

Bu isə 2015-ci ildəki (72 032 unsiya) hasilatdan 9% azdır.

Hesabat ilində yataqdan mis hasilatı 1 941 ton təşkil edib ki, bu da 2015-ci ildən 2 dəfə çox olub.

Ötən il 165 131 unsiya gümüş hasil edilib. Bu isə əvvəlki ildəki hasilatdan 5,8 dəfə artıqdır.

Yataqdan ötən ilin IV rübündə hasil olunan qızılın həcmi 15 483 unsiya təşkil edib. Bu dövrdə yataqdan 578 ton mis və50 216 unsiya gümüş hasil olunub.

Ötən ilin IV rübündə 12 995 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla1 227 dollara, il ərzində isə 53 366 unsiya qızıl külçəsi hər unsiya üçün orta hesabla 1 253 dollara satılıb.