Azərbaycanda "Euronews Academy” fəaliyyətə başlayır
Medianın İnkişafı Agentliyi və Avropanın aparıcı xəbər şəbəkələrindən biri olan “Euronews” telekanalının birgə əməkdaşlığı ilə beynəlxalq tədris platforması “Euronews Academy” Azərbaycanda fəaliyyətə başlayır.
Adalet.az xəbər verir ki, jurnalistika sahəsində fəaliyyət göstərən peşəkarlar, eyni zamanda bu sahədə ixtisaslaşmaq istəyən gənclər üçün nəzərdə tutulan təşəbbüs çərçivəsində ilkin olaraq “Rəqəmsal Jurnalistika” mövzusunda təlim proqramı həyata keçiriləcəkdir.
Təlimdə iştirak üçün gənc jurnalistlər, jurnalistika və kommunikasiya ixtisası üzrə təhsil alan, həmçinin media sahəsinə marağı olan sonuncu kurs bakalavr və magistratura pilləsi tələbələri müraciət edə bilərlər.
Təlimlərdə “Euronews” telekanalının tanınmış mütəxəssisləri - 14 ildən artıq beynəlxalq təcrübəyə malik multimedia jurnalisti Tuba Altunkaya, 13 dildə fəaliyyət göstərən 70-dən çox sosial media hesabını idarə edən komandanın rəhbəri Fatih Yetim və “Euronews Georgia”da baş texnologiya direktoru kimi çalışan, 19 ildən çox təcrübəyə malik Archil Mikadze kimi peşəkarlar təlimçi qismində çıxış edəcəklər.
Layihə çərçivəsində “Rəqəmsal xəbər toplanması və “data” əsaslı jurnalistika”, “Rəqəmsal video strategiyası və yeni formatlar”, “Sosial media və “YouTube” idarəetməsi”, “Jurnalistlər üçün innovativ təcrübələr: süni intellekt alətləri, SEO və məlumatın vizuallaşdırılması”, “Mobil jurnalistika” modulları üzrə tədris aparılacaqdır.
Proqramda yüksək nailiyyət göstərən iştirakçılar “Euronews” kanalında təcrübə keçmək imkanı əldə edəcəklər.
Digər Xəbərlər
11 Iyul 2026 15:16
Şuşada beynəlxalq tədbir - Hansı məsələlər müzakirə olunur? - VİDEO
10 Iyul 2026 10:15
IV Şuşa Qlobal Media Forumu bu tarixdə keçiriləcək
01 Iyul 2026 15:35
"Ədalət" qəzetinin əməkdaşı MEDİA-nın müsabiqəsində qalib oldu
01 Iyul 2026 14:03
Saytlara dəstək müsabiqəsinin nəticələri açıqlandı - SİYAHI
01 Iyul 2026 13:36
Çap mediası subyektlərinə dəstək müsabiqəsinin nəticələri açıqlandı - FOTO
30 Iyun 2026 15:24
Mətbuat Şurasında əməkdar jurnalist Faiq Qismətoğlunun 70 illiyi qeyd edildi - FOTOLAR
30 Iyun 2026 13:17
Bu hallarda saytlara məhdudlaşdırma tətbiq ediləcək
30 Iyun 2026 12:34


Bakı -°C

