Azərbaycanda bu şəxslər 2 ilədək həbs ediləcək
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs ediləcək.
Adalet.az xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Mədəniyyət komitələrinin birgə keçirilən iclasında müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, dövlət tərəfindən qorunan mədəni sərvətlərin qanunvericiliklə müəyyən edilmiş qorunması, tədqiqi və istifadəsi qaydalarının pozulması ehtiyatsızlıqdan onların məhv edilməsinə səbəb olduqda cinayət nəticəsində vurulmuş ziyanın iki mislinədək miqdarda cərimə və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya eyni müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaq.
Digər Xəbərlər
11 Noyabr 2026 12:58
Bəzi ərazilərdə qaz və işıq pulunda güzəşt təklif edilib
11 Noyabr 2026 12:34
"Nəsimi Musayev Köçəryanla yanaşı kamerada saxlanılır" - Anna Qriqoryan
11 Noyabr 2026 12:09
“Məşğul əhalinin 65 faizi əmək müqaviləsi olmadan çalışır”
11 Noyabr 2026 12:07


Bakı -°C

