Azərbaycanda benzin və dizel BAHALAŞDI
Azərbaycanda benzinin qiyməti 5 qəpik artırılıb.
Adalet.az xəbər verir ki, bununla bağlı Tarif (Qiymət) Şurası qərar qəbul edib.
Məlumata görə, Aİ-92 markalı benzinin və dizelin tarifləri müəyyənləşdirilib.
Son illərdə iri şəhərlərin artan əhalisi və şəhərətrafı ərazilərdə məskunlaşanların çoxalması nəqliyyat sistemləri və mobilliklə bağlı yeni çağırışların ortaya çıxmasına səbəb olmuşdur.
Avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşınmalarının dayanıqlılığının, sərnişinlərə göstərilən xidmətlərin keyfiyyətinin və təhlükəsizliyinin təmin olunması, qabaqcıl beynəlxalq tələblər və təcrübə nəzərə alınmaqla bu sahədə fəaliyyət göstərən daşıyıcıların işinin səmərəli təşkili məqsədilə 2025-ci ilin sentyabr ayında müvafiq Fərmanla "İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb.
Fondu formalaşdıran mədaxil mənbələrindən biri kimi, avtomobil benzininin, dizelin və maye qazın hər litrinə görə yol vergisinin Fonda köçürülən hissəsi müəyyən edilib.
Qanunvericiliyə edilən dəyişikliyə əsasən, yanacağın hər litrinə görə yol vergisi 7 qəpik müəyyənləşdirilib.
Bununla bağlı, Tarif (qiymət) Şurasının müvafiq qərarı ilə Aİ-92 markalı benzinin 1 litrinin qiyməti 1 manat 10 qəpikdən 1 manat 15 qəpiyə, dizelin 1 litrinin qiyməti isə 1 manatdan 1 manat 10 qəpiyə dəyişdirilib.
Yanacaq tariflərinin müəyyən hissəsi "İctimai nəqliyyat" Məqsədli Büdcə Fonduna yönəldilməklə, əhaliyə daha keyfiyyətli nəqliyyat xidmətlərinin göstərilməsinə, ərazinin perspektiv inkişafı nəzərə alınmaqla yol hərəkətinin bütün iştirakçılarının təhlükəsizliyinin təmin edilməsinə, ümumi istifadədə olan nəqliyyat xidmətlərinin keyfiyyətinin, dayanıqlılığının və əlçatanlığının artırılması məqsədləri üçün istifadə olunacaqdır.
Tarif dəyişikliyindən sonra da Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri əksər ölkələrlə müqayisədə yüksək deyil.
Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) "Şuranın qərarları" bölməsində tanış olmaq olar.
Digər Xəbərlər
30 Dekabr 2025 15:37
SOCAR Rumıniyada 3 yeni yanacaqdoldurma məntəqəsini istifadəyə verdi
30 Dekabr 2025 15:06
Elektrik enerjisi və təbii qaz üçün sabit tariflər müəyyənləşdi
30 Dekabr 2025 12:23
Azərbaycanda bu cərimələr 10 dəfəyə qədər artırlır
30 Dekabr 2025 12:20
Bu əməlləri törədənlər 30 min manat cərimələnəcək
30 Dekabr 2025 11:29
Pensiyaçılara şad xəbər - Gələn il bu qədər artım olacaq
30 Dekabr 2025 11:19
2026-cı ildə dünyanı nə gözləyir?
29 Dekabr 2025 16:01
Prezident Dövlət Neft Fondunun 2026-cı il büdcəsini təsdiqlədi
29 Dekabr 2025 15:00


Bakı -°C

