adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
25 Yanvar 2018 10:26
16362
KRİMİNAL

Azərbaycanda axtarılan 22 nəfər saxlanıldı

Daxili İşlər Nazirliyi ötən gün ərzindədaxili işlər orqanlarındaqeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

DİN Mətbuat Xidmətinin əməkdaşı Natiq Cavadov bildirib ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 111 cinayət faktı qeydə alınıb, onların da 18-i "isti izlər”lə açılıb:

"Axtarışda olduğuna görə 22 nəfər saxlanılaraq aidiyyatı üzrə təhvil verilib”.

Qurum rəsmisi bildirib ki, respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət törətməkdə şübhəli bilinən 19 nəfər saxlanılıb:

"Narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilib”.(modern.az)