adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
18 Oktyabr 2017 17:48
8060
GÜNDƏM

Azərbaycanda Avstriya məhsulları satıla bilər

Avstraliya Azərbaycana ərzaq məhsulları, o cümlədən dəniz məhsulları, üzüm və üzüm məhsulları tədarük edə bilər. 

Adalet.az Trend-ə istinadən xəbər verir ki, bunu jurnalistlərə Azərbaycan-Avstraliya Dostluq Cəmiyyətinin prezidenti, "Hammond Legal" şirkətinin direktoru Con Hammond deyib. Onun sözlərinə görə, Avstraliya şirkətləri həmçinin kənd təsərrüfatı və təbii ehtiyatların hasilatı sahələrində də əməkdaşlıqda maraqlı olduğunu bildirib. Eyni zamanda o, Azərbaycan şirkətlərini Avstraliyaya investisiya qoymağa çağırıb. Öz növbəsində, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti Rüfət Məmmədov qeyd edib ki, Azərbaycanla Avstraliya üçün əsas əməkdaşlıq sahələri kənd təsərrüfatı, logistika, nəqliyyat, neft-qaz sektoru, turizm, xidmət sektoru ola bilər: "Ölkələr arasında ticarət mübadiləsinin həcmi çox azdır. Ötən il bu rəqəm 8 milyon dollara yaxın olub, bu ilin səkkiz ayı ərzində isə 4 milyon dollara yaxın təşkil edib".