Azərbaycanda 3 mindən çox qadın piylənmədən əziyyət çəkir
Respublika üzrə piylənmə ilə əlaqədar 4953 nəfər dispanser qeydiyyatındadır.
Adalet.az xəbər verir ki, bu barədə AzVision.az-a açıqlamasında Respublika Endokrinologiya Mərkəzinin həkim metodisti, endokrinoloq Samirə Xəlilova deyib.
Onun sözlərinə görə, bunlardan 3017 nəfəri qadındır. "Lakin ölkə üzrə piylənmədən əziyyət çəkən insanların sayı dispanser qeydiyyatında olanlardan daha çoxdur. Ölkə üzrə bundan 3-4 dəfə artıq qeydiyyata düşməyən xəstələr var. Bəzən şəkərə tutulduğuna görə və ya yeriyə bilməməklə əlaqədar həkimə müraciət etdikdə həmin insanlarda piylənmə aşkarlanır və qeydiyyata alınır. Bu rəqəm get-gedə artır".
S.Xəlilova bildirib ki, ötən il ilk dəfə qeydiyyata düşən xəstələrin sayı 641 nəfər olub ki, bunun da 399 nəfəri qadındır: "Qeydiyyatda olan ümumi xəstələrdən 444 nəfəri 0-18 yaş arasındadır ki, onların da 183 nəfəri qızdır. 0-13 yaş aralığında 264 uşaq piylənmə ilə dispanser qeydiyyatındadır. Yaşlılarda, xüsusilə qadınlarda piylənmə daha çox aşkarlanır. Əgər 18-29 yaşında dispanser qeydiyyatında 259 nəfərdirsə, 50 yaşdan yuxarı 2445 nəfər piylənmədən əziyyət çəkir. Bu da çox durğun həyat tərzi ilə əlaqədardır".
Piylənmənin etimologiyasına gəldikdə isə endokrinoloq qeyd edib ki, burada genetik rolla yanaşı, qeyri-sağlam həyat tərzi, "fast food" qidalar, oturaq həyat tərzi mühüm rol oynayır.
Digər Xəbərlər
03 May 2024 16:07
Azərbaycanda neçə narkoman var? - RƏSMİ AÇIQLAMA
02 May 2024 10:15Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15