Azərbaycanda 138 qanunsuz miqrant saxlanıldı
Son həftə ərzində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən qanunsuz miqrasiyaya qarşı keçirilmiş tədbirlər zamanı 138 nəfər əcnəbi saxlanılıb.
DMX-dən verilən məlumata görə, onlardan 9 nəfər Daxili İşlər Nazirliyi ilə keçirilmiş tədbirlər zamanı aşkar olunub.
Saxlanılmış 17 nəfərin gəlişinin bəyan edilmiş məqsədinə uyğun olmayan fəaliyyət göstərməsi, 1 nəfərin qeydiyyat ünvanı üzrə yaşamadığı, digər 120 əcnəbinin isə ölkə ərazisində qanunsuz yaşadıqları müəyyən edilib.
Miqrasiya qanunvericiliyini pozan 124 nəfər barəsində inzibati qərarlar qəbul edilib, digər 14 miqrantın Azərbaycan Respublikası hüdudlarından kənara çıxarılması istiqamətində müvafiq tədbirlər görülür.
DMX tərəfindən qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində tədbirlər davam etdirilir.
Digər Xəbərlər
04 May 2024 14:37