Azərbaycana yaz fəsli bu tarixdə daxil olacaq
Yaz fəslinin Azərbaycana daxil olması martın 20-si saat 13:01:25-ə təsadüf edəcək.
Adalet.az xəbər verir ki, bu barədə BDU-nun Astrofizika kafedrasından məlumat verilib.
Bildirilib ki, yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Bu zaman gecə ilə gündüz bərabərləşəcək, Günəş ekliptika (Günəşin illik zahiri hərəkət yolu) üzrə hərəkət edərək, ekvatoru kəsməklə Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçəcək. Həmin andan Şimal yarımkürəsində asrtonomik yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayacaq. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 40 dəqiqə 46 saniyə olacaq.
Təbiətin əbədi qanunları və kainatın dəyişməz nizamı ilə əlaqədar olan Novruz bayramı gecə ilə gündüzün bərabərləşdiyini xəbər verən ilk bahar günüdür. Baharın gəlişini və təbiətin yenidən oyanışını xəbər verən, eyni zamanda bolluq və bərəkətin rəmzi olan Novruz Azərbaycan xalqına sülh və əmin-amanlıq gətirsin!
Digər Xəbərlər
25 Dekabr 2025 18:08
Daşkəsəndə şəhid ailələrinə bayram sovqatları təqdim edilib - FOTOLAR
25 Dekabr 2025 18:03
İcbari tibbi sığorta fondunun büdcəsi dəyişdi
25 Dekabr 2025 17:48
Bu il Azərbaycanda avtobusla 500 milyona yaxın sərnişin daşınıb
25 Dekabr 2025 17:08
Xankəndidə Yeni il yarmarkası təşkil olunacaq - İlk dəfə
25 Dekabr 2025 15:42
Növbəti köç karvanı Qırmızı Bazar qəsəbəsinə çatıb - YENİLƏNİB
25 Dekabr 2025 14:02
Dekabrda Ağdama daha 104 ailə köçürüləcək
25 Dekabr 2025 12:26
Qar yağacaq, yollar buz bağlayacaq -SABAHIN HAVASI
25 Dekabr 2025 11:12


Bakı -°C

