Azərbaycana tütün keçirmək istəyənlər yaxalandı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin Dağıstan üzrə Sərhəd idarəsinin əməkdaşları Rusiyadan Azərbaycana külli miqdarda tütün məmulatı keçirmək istəyən qaçaqmalçıları saxlayıb.
İdarənin mətbuat xidmətində bildiriblər ki, Dərbəndin cənub-şərqdində dəniz akvatoriyasında içində 2 Rus vətəndaşı olan gəmi saxlanılıb. Sərhəd xidmətinin əməkdaşlarının gəminin sənədlərinin yoxlanılması üçün qanuni tələblərinə baxmayaraq, onlar gəmini saxlamayıblar.
"Gəminin təqibi gedişində qaçaqmalçılar qara paketlərə qablaşdırılmış qutuları suya atırdılar. Məlum oldu ki, o qutularda təxminən 3 min blok Rusiya Federasiyasının aksiz markası olmayan "NZ gold compact" siqaretləri olub", - məlumatda deyilir.
Faktla bağlı hazırda yoxlama aparılır.
Digər Xəbərlər
28 Aprel 2024 09:52
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
27 Aprel 2024 13:33Feyk hesabla onlayn oyunlara qoşulanları talayan şəxs saxlanıldı
27 Aprel 2024 13:02Bakıda ötən gün 296 kəsici-deşici alət aşkar olunaraq götürülüb - FOTO
27 Aprel 2024 13:01Polis Xankəndidə əməliyyat keçirdi - XÜSUSİ GÖRÜNTÜLƏR + VİDEO
27 Aprel 2024 09:21