Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur - Hikmət Hacıyev
"Molla Nəsrəddin" jurnalı Bakıda nəşr edildiyi dövrdə də etimadsız yanaşma, savadsızlıqla mübarizə aparırdı, Azərbaycan dilini inkişaf etdirirdi. Bu, doğrudan da böyük bir mübarizə, psixoloji bir savaş idi.
Adalet.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi" adlı III Şuşa Qlobal Media Forumunun açılış mərasimində çıxışı zamanı söyləyib.
44 günlük Vətən müharibəsində Azərbaycanın böyük bir dezinformasiya ilə qarşılaşdığını qeyd edən Prezidentin köməkçisi yerli medianın bununla mübarizəyə sinə gərdiklərinə diqqət çəkib.
3-çü Şuşa Qlobal Media Forumun aktual mövzuları əhatə etdiyini, süni intellektin əhəmiyyətindən bəhs etdiyini deyən Hikmət Hacıyev, həmçinin deyib: "Həqiqət dəyişib və böyük təhdid altındadır. Xəbərlərdə faktlar, rəqəmlər mənzərə yaratmır. İnsanlar inanclara daha çox üstünlük verirlər",- deyə o əlavə edib.
Prezidentin köməkçisinin sözlərinə görə, Azərbaycana qarşı fəal dezinformasiya dalğaları olur. "Bəşəriyyət olaraq sosial medianı idarə etməyi bacarmamaq bizim üçün məğlubiyyətdir. Bu böyük xaos yaradır. Beynəlxalq institutlar, təsisatlar süni intellektin etik normalarını nəzərə almalıdır. Biz bu gün rəqəmsallaşmış bir media haqqında danışırıq, hansı ki bizim fikirlərimizi dəyişir. Biz maşınlara qarşı mübarizə aparırıq. Bəşəriyyət yeni düşüncə, platforma yaradıb. O bizim kimi düşünən bir varlıqdır",- deyə H.Hacıyev qeyd edib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

