adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
05 May 2016 15:21
68326
MÜSAHİBƏ

“Azərbaycana qarşı hər hansı təxribat aparan insanın adını belə bilmək istəmirəm” - MÜSAHİBƏ

Mandat. O,hər kəsə qismət olmur. Gərək seçiləsən, xalqın tərəfindən seçilmiş olasan.Azərbaycanda hər 5 ildən bir, 125 nəfərə belə səadət nəsib olur: xalqını,onları seçənləri təmsil etmək. Ölkəmizdə Milli Məclisə növbəti seçki keçirildi.125 nəfər yeni mandat qazandı.

Beləliklə,Adalet.az saytının "Yeni Mandat” rubrikasının bugünkü qonağı 75 saylıLənkəran-Masallı seçki dairəsindən millət vəkili seçilən Cavanşir Paşazadədir.


- Cavanşir müəllim, Bakıda BMT-ninSivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu keçirildi. Bu Forumun ölkəmizüçün əhəmiyyəti barəsində nə deyə bilərsiniz?

- Bu forumölkəmiz üçün böyük önəm kəsb edir. Çünki 140 dövlətdən nümayəndə gəlmişdi. Onümayəndələrin hər biri Azərbaycanla əyani tanış oldular. Ölkəmizdə gedənsürətli inkişafı gördülər. 
Onlar prezident cənab İlham Əliyevin xarici siyasətini görsələr də, daxildəaparılan işlərdən bixəbər idilər. Forum iştirakçılarının mətbuata verdiyiaçıqlamalardan da görünür ki, onlar ölkəmizdə gedən sürətli inkişafı yüksəkdəyərləndirirlər. Bir çoxları Azərbaycanın istər hüquqi, istərsə də iqtisadicəhətdən inkişaf etdiyini qeyd ediblər. Mən bir məsələyə diqqət yetirməkistəyirəm. Bu gün dünyanın bir çox ölkələrində müharibələr gedir. Qan tökülür,terror hadisələr yaşanır. Müxtəlif dini ayrı-seçkilik mövcuddur. AncaqAzərbaycanda bu baxımdan heç bir problem yoxdur. Azərbaycan beynəlxalqdəyərlərə üstünlük verir. Burada multikultural dəyərlər yüksək səviyyədəinkişaf edib. Elə bunun bariz nümunəsidir ki, 2016-cı il " "Multikulturalizmili” elan olunub. 
Bütün bunların fonunda onu deyə bilərəm ki, bu forum Azərbaycanın nüfuzunatəkan verdi.

- Forumun keçirildiyi günlər ərzində ermənilərtərəfindən atəşkəs rejimi dəfələrlə pozuldu. Cəbhəyanı ərazilərdə sadəvətəndaşlar hədəf alındı...

- Bu elə belədə olmalı idi. Biz ermənilərdən yaxşı nəsə gözləyə bilmərik. Ümumiyyətlə, ötənayın əvvəlindəki dörd günlük müharibə Azərbaycanın gücünü bütün dünyaictimaiyyətinə göstərdi. Hər kəs gördü ki, Azərbaycanın güclü dövləti, təşkilatlanmışordusu, iradəli xalqı var. Bununla yanaşı dörd günlük müharibə dünya ictimaiyyətiningözünü açdı. Uzun müddətdir ki, dünya ictimaiyyəti ermənilərin yalan, saxtaməlumatları ilə məlumatlanıb. Hətta bəzi ölkələr Ermənistana sərmayəqoyurdular. Artıq onlar gördülər ki, ora, Ermənistan adına hər hansı investisiyaqoymaq olmaz. Azərbaycan hər an öz torpaqlarına yiyələnə bilər. Ermənilər dəəmin oldular ki, Azərbaycan 3-4 gün ərzində işğal altında olan əraziləri düşməntapdağından təmizləyə bildisə, uzağı bir həftəyə İrəvanı da tuta bilər.

-Yeri gəlmişkən, Azərbaycan prezidenti cənab İlham Əliyev cəbhəbölgəsində səfərdə oldu. Belə çətin anlarda sərhədboyu ərazilərə səfər edəndövlət başçısı sadə vətəndaşlarla görüşdü. Bu səfərlə bağlı sizin fikirləriöyrənmək istərdik.

- Ermənilərdinc əhalini, onların təsərrüfatını hədəf alıblar. Rəsmi məlumatlara görə,atılan mərmilər sadə vətəndaşların yaşadıqları evə düşüb. Evləri yararsız halasalıb. Eyni zamanda heyvanlar və təsərrüfatlara da ciddi ziyan dəyib. Onlarınbu yola əl atmasının sadəcə bir adı var - qorxaqlıq. Ermənistan Azərbaycandanqorxur. Bəli, cəbhədə vəziyyətin gərgin olduğu bir vaxtda dövlət başçısı cənabİlham Əliyev cəbhəyanı ərazilərə səfər etdi. Bu səfər insanlar arasında böyükrəğbətlə qarşılandı. İnsanlar gördülər ki, cənab İlham Əliyev hər birAzərbaycan vətəndaşının yanındadır. Dövlət başçısının öz xanımı ilə birlikdəhər hansı qoruma olmadan cəbhəyə getməsi böyük bir jest idi. Mən deyə bilərəmki, dünyanın özündən deyən demokratik ölkələrinin dövlət başçıları bunuetməzdi. Belə bir jest xalqımızın ruh yüksəkliyini ikiqat artırdı.

- Rusiya da daxil, dünya politoloqları müharibəproqnozu verirlər. Sizcə, hadisələrin gedişatı müharibəyə gətirib çıxarabilərmi?

- Sizin bəhsetdiyiniz politoloqların əksəriyyəti ermənipərəst mövqe tuturlar. Yəni, bu, rusdövlətinin, rus hökumətinin fikri deyil, erməni təsiri altında olanpolitoloqların fikridi. Hər hansı dövlətin diktəsi ilə müharibə olmayacaq. Bu,Azərbaycan prezidentinin sərəncamında olan məsələdir.

- Bir çox siyasətçilər ATƏT-in Minsk qrupu ilə bağlıillərdir tənqidi münasibət sərgiləyir. İndiki məqamda onlardan nəsə gözləmək olarmı?

- Biz onların25 illik fəaliyyətində Dağlıq Qarabağ məsələsi ilə bağlı hər hansı irəliləyişgörmədik. Açığı, şəxsən özüm onlardan heç nə gözləmirəm. Biz nə etsək, özümüzetməliyik. Edəcəyik də.

- Özünü talışların lideri kimi təqdim edənlər Rusiyavə Ermənistanda bir sıra xüsusi statuslar qazanıblar. Hətta onlara efir vaxtıda verilib. O bölgənin ictimai-siyasi xadimi kimi bu təxribatçıların qarşısınıalmaq üçün hansı addımlar atırsınız?

- O rəsmi birqurum deyil. Bir ara dedilər ki, Əlikram Hümbətov oğlu ilə ermənilərləqarşılıqlı danışıqlar aparıblar. Əgər bir kimsə Azərbaycana qarşı hər hansıtəxribat əməlləri aparırsa, mən həmin insanın adını belə bilmək istəmirəm.

- Yenidən mandat qazandınız. Hansı işlərin görülməsini qarşıya məqsəd qoymusuz?

- Bizimişimiz qanun qəbul etməkdir. O qanunlarla xalqın rifahının yüksəldilməsinəçalışırıq. Mütəmadi olaraq seçicilərlə görüşlər keçiririk. Bildiyiniz kimi, cənubzonası dörd günlük müharibə zamanı xeyli şəhid verdi. Hər birinin hüzrmərasimində iştirak etdik. Mən hiss edirdim kİ, onların yaxınlarının bir gözüağlasa da, digəri sevincdən parlayırdı. Eyni zamanda həmkarım, yazıçı-publisistAqil Abbasın bir yazısı vardı. Orda 18 yaşlı lənkəranlı gəncin səngərdəgöstərdiyi qəhrəmanlıq, o şəhid olandan sonra atasının oğlunun yerinə səngərəgirməsi ilə bağlı yazdıqları bir daha onu deməyə əsas verir ki, cənubzonasından olan insanlar bu müharibədə olduqca aktiv, eyni zamanda şücaətlədöyüşüblər.

Sahib Əsədbəyli