Azərbaycana həqarət etməyən yeganə Bakı ermənisi: Yumorist Yevgeni Petrosyanın həyat hekayəsi
Bakı şəhərində anadan olan dünya şöhrətli yumorist, estrada aktyoru Yevgeni Petrosyan bəlkə də yeganə Bakılı ermənidir ki uzun illər Azərbaycandan uzaqda yaşasa da, heç vaxt Azərbaycana qarşı nankorluq etməyib.
15 yaşında 18 yaşında SSRİ çempionu adını qazanan nankor Harri Kasparovdan sonra Yevgeni Petrosyanın Azərbaycanla bağlı susmuş halı əslində qudurğan ermənilərin qarşısında bir qəhrəmanlıq göstərmək qədər çətin olub.
Məsələn, məşhur şahmatçı Harri Kasparov hər zaman ermənilərə böyük məbləğdə yardım edib xüsusən, 44 günlük müharibə zamanı Ermənistan ordusuna öz töhvəsini verdi və hər zaman Azərbaycanı tənqid etdi.
Belə bir fonda Yevgeni Petrosyanın Azərbaycan əleyhinə bir cümlə işlətməməsi erməniləri əsəbləşdirməyə bilməzdi. Odur ki, Yevgeni Petrosyan “sevilən erməni” olmaq üçün Ermənistanda tez-tez konsert proqramları ilə çıxış edib, onların könlünü alıb. Amma onu dəqiq bilmirik ki, o da verdiyi konsertindən yığılan pulu Şarl Aznavur kimi Ermənistan büdcəsinə keçirib ya yox. Yevgeni Petrosyanın damarında erməni qanı axdığına görə buna əminik ki, o da Ermənistan büdcəsinə xeyir verib.
Gəlin Yevgeni Petrosyanı yaxından tanıyaq: Azərbaycanda Sovet höküməti qurulandan sonra ermənilər ən yüksək vəzifələrə çəkilməsi adi hal almışdı. Vahan adlı erməni adi riyaziyyat müəllimi olsa da, orta məktəb də deyil Azərbaycan Pedaqoji İnstitutunda riyaziyyatı tədris etdirirdi. İnsitutda Vahan Mejlum Petrosyans kimi tanınan bu zəhmli erməni isə yəhudi Bella Qriqorevna ilə evli idi.
1945-ci ilin 16 sentyabrında onların Yevgeni adlı oğlu olur. İstedadı ilə başqalarından seçilən Yevgeni məktəb illərindən Bakının klub və mədəniyyət evlərində öz təşəbbüsü ilə çıxış edib. nağıllar, şeirlər oxuyur, xalq teatrlarında səhnəciklər oynadır, konsertlər verirdi. Bəli, Yevgeni erməni olduğu üçün ona bütün bağlı qapılar açıq idi və çıxışları üçün şərait yaradılırdı. O dövrdə Bakıda yerləşən elit erməni birliyi də ən primitiv erməniləri belə irəli çəkməkdən utanmırdılar.
1961-ci ildə Bakı orta məktəbini bitirib və Moskvaya köçüb və Ümumrusiya Estrada Sənəti Yaradıcılıq Mərkəzində təhsil alıb. 1962-ci ildən peşəkar səhnələrdə oynamağa başlayıb. Moskva Dövlət Dram Teatrında təhsil alıb. 1960-cı illərdə televiziyaya daxil oldu. 1964-cü ildə Moskvanın "Ostankino" konsert zalından "Mavi alovlar", "Yumor axşamları", "Artloto", "Səhər yazısı", "Anşlaq" və digər proqramlara dirijorluq edib. 1970-ci ildə SSRİ estrada artistlərinin 4-cü müsabiqəsinin qalibi kimi tanınıb.
O, Moskva Estrada Teatrında bir çox tamaşalara quruluş verib: “Xoş sözlər pişiyi belə sevindirir”, “Necəsən”, “Biz hamımız axmaqlarıq”, “Faydalar”, “Səhnədə 30 il”, “Pul romans oxuyanda” və başqaları.
1979-cu ildə o, 19-20 - ci əsrlərin estrada tarixindən unikal əşyaların toplandığı "Pop Yumor Mərkəzi"nin yerləşdiyi "Manrapatumum" teatrını qurdu : qəzetlər, jurnallar, fotoşəkillər, panellər və s. Bir çox proqramlar üçün ssenarilər yazıb. Yelena Stepanenkonun “İrəli qadınlar” və “Qoşul, gülürük” verilişləri yayımlanıb .
Rusiyanın xalq artisti olan Yevgeninin 1994-cü ildən "Smexapanarama" proqramı ilk rus kanalında yayımlanır, burada “stendap” janrının müxtəlif nəsillərinin ustaları çıxış edir. 1999-cu ildə "Ailə sevincləri" tamaşasının premyerası baş tutdu və bu tamaşa hələ də Estrada Teatrının səhnəsində nümayiş etdirilir. 2000-2005 - ci illərdə "Zarafat ardınca zarafat" verilişinin müəllifidir [ .
“Rəssam olmaq istəyirlər”, “Yevgeni Petrosyan zarafat aləmində”, “Böyük mozaika”, “Petrosyan nəyə gülür” kitablarının müəllifidir. Yəni bu artistə yazıçı da demək olar.
1963-cü ildən etibarən ardıcıl şəkildə Ermənistanda çıxışlar edib, konsertlər verib.
Yeri gəlmişkən, Petrosyan tez-tez arvad dəyişməsi ilə bağlı gündəmi də zəbt etdiyi dönəmlər olub. Birinci həyat yoldaşı, Viktorina Kriger qəzada ölüb. Bu evliliyindən bir qızı doğulub. Qızı Viktorina Petrosyants (1968), sənətşünas, prodüserdir.Nəvələri isə Andrey, Mark
İkinci həyat yoldaşı: Anna Kozlovski opera müğənnisi İvan Kozlovskinin qızı. Evlilik bir il yarım davam etdi
Üçüncü həyat yoldaşı Lyudmila, Leninqraddan olan sənətşünasdır.
Dördüncü həyat yoldaşı Yelena Stepanenko komediya aktyoru, Rusiyanın Əməkdar artistidir. Cütlük 1985-ci ildən 2018-ci ilə qədər birgə yaşayıb. Beşinci Arvad: Blogger Tatyana Bruxunova (1989) Yevgenidən 41 yaş kiçik olsa da(nəvəsi yaşında ) ondan oğlu Vahanı və qızı Matildanı doğub.
Amma Petrosyanın 36 yaşlı arvadı Tatyana Bruxunovadan doğulmadığı iddia olunur.
Rusiya mətbuatı xəbər verir ki, onların 4 yaşlı oğlu Vahanın indi kiçik bir bacısı var. Valideynlər körpə qıza Matilda adını veriblər.
Nadir bir adın seçilməsi ilə bağlı bir çox fərziyə var. Belə deyilir ki, Petrosyanın həyat yoldaşı teatra aludə olduğuna görə, qızına çar II Nikolayın sevimlisi olan balet rəqqası Matilda Kşesinskayanın şərəfinə bu adı qoyublar.
İddialara görə, Petrosyan və Bruxunovanın qızı surroqat ana vasitəsilə dünyaya gəlib. Yevgeni Petrosyanın özü bunu təkzib edir. Bununla belə, Rusiya mediası iddia edir ki, Tatyana Bruxunovanın hamiləliyini heç kim görməyib və o, qızı dünyaya gələndən sonra da teatr tamaşalarında fəal iştiraka davam edib.
Surroqat analıq haqqında söz-söhbətlər hətta komediyaçının həyat yoldaşının ilk hamiləliyi zamanı da üzə çıxıb.
Yəni, media demək istəyir ki, Petrosyanın 75 yaşındaykən evləndiyi Tatyanadan uşaq əmələ gətirməsi mümkün ola bilməzdi.
Əntiqə Rəşid