adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
08 Sentyabr 2014 15:09
16088
MƏDƏNİYYƏT

Azərbaycan yumoru hədəfdə

Son zamanlar yazıçı-publisist, teleaparıcı HəmidHerişçi Azərbaycanla, öz dili ilə desək Şimali Azərbaycanla bağlı tənqidifikirləri ilə sosial şəbəkədə xeyli aktivləşib. Əslən Təbrizdən olan yazıçı özFacebook səhifəsində şəxsi təəssüratlarını emosional şəkildə izhar edərək songünlərdə Azərbaycanın istər incəsənət, ədəbi, istərsə də sosial-ictimai sahələrinihədəf alıb.

"Şimali Azərbaycan iqtidarı, müxalifətihəmişə həqiqi Güney Azərbaycan siyasi, mədəni, dini, iqtisadi elitası iləmünasibətlərdən qaçıb. Həmişə avaralara, əsli-nəcabəti bilinməyənlərə mikrafonverib, onları ekranlara çıxarıb... Güneylilərin qeyri-ciddi imiciniformalaşdırıb” – deyən H. Herişçinin giley-güzarı bununla da bitməyib. Yazıçıindi də bildirir ki, Azərbaycanda gülüş-yumor həmişə dağıdıcılığa, zövqsüzlüyəgətirib çıxarıb: "Bizim Musiqili Dram Teatrı neylədi? Tamaşaçının zövqünükorlayaraq Akademik Dram Teatrını süquta uğratdı... Bizim "Mozalan" neylədi? Yenə bədii zövqümüzüalçaltdı,  "Azərbaycanfilm" kinostudiyasını məhv etdi. Sonra"Şən və hazırcavabların klubu" bütün mənəvi dəyərlərimizə güldü,aşağıladı, dəyərdən saldı olan-qalanımızı. Axundov, Cəlil gülüşü - bəli,dağıdıcıdır... Nəticələri çox acınacaqlıdır mədəniyyətimiz üçün... Mədəniyyətyalnız Nizami, Xaqani, Füzulu ənənələri üzərində inkişaf edə bilər... Həmin ənənə bizim"60-cılar"da deyil, İsa Hüseynov, Sabir Əhmədli yaradıcılığında davametdi..."

Maraqlıdırki, H.Herişçinin  fikirləri deməçoxlarının ürəyindən xəbər verirmiş. Tanınmış aktyor Füzuli Hüseynov Herişçi ilətam həmfikir olduğunu deyir. Onun sözlərinə görə sovetlər dönəmində yumor ustaları quruluşa-  sosializmə xidmət edirdilər. Elə indikiyumor da sifarişlidir: "Bu gün sırf yumora xidmət edən yoxdu. Ümumiyyətlə ojanr bizdə heç vaxt alınmayıb. Telman Adıgözəlov ola bilərdi, anladı ki, mümkündeyil. Bizim Arkadiy Raykinimiz,  Mixail Zadornovumuzvə s. olmayıb və yaxın gələcəkdə də olmayacaq. Fazil Salayev, Səyavuş Aslan dünyayaçıxacaq sənətçi idi, noldu? Heç nə də edə bilmədilər, amma edə bilərdilər”.

ŞairVüqar Əhməd isə H. Herişçinin fikri ilə qismən razılaşdığını bildirir. "Tam razılşmaq olmaz. Hökm vermək düzgün deyil. Baxırhansı yazıçının qələmindən çıxan yumor. Klassiklər cəmiyyətin tərəqqisi naminəkomedik  planda, gülüş vasitəsilə sosialbəlaları tənqid atəşinə tutublar. Bəzən bu, çağdaş dövrümüzdə güldürmək xatirinəifrat dərəcəni aşır. İndiki güldürmək istəyən aktyorların bəziləri qeyri-etik şəkildədialoqlar, küçə söyüşlərindən belə istifadə edirlər. Xalqı çox tənqid etmək, məsxərəyəqoymaq şübhəsiz dağıdıcılığa, zövqsüzlüyə gətiririb çıxarır. Bu mənada, buaspektdən yanaşanda Həmid bəylə razıyam. İndi əfsus ki, yumoristlərimiz dəşitliyi, duzsuzluqları ilə seçilir”, - deyən V. Əhməd bunun səbəbini təsirli, yumoristik, komedik bədii mətnlərin olmamasında görür. Ona görə də gülüş ustalarının az yetişdiyinibildirir.

Xalq artisti, yumoristik çıxışları tamaşaçılarınrəğbətini qazanmış Ağaxan Salmanlı isə, əksinə, yumor və satiranın həmişə cəhaləti,nadanlığı, savadsızlığı, zövqsüzlüyü hədəf aldığını diqqətə çatdırır. Aktyor hesab edirki, cəmiyyətdə bu cür çatışmazlıqların tənqidi Azərbaycan incəsənətində həmişəolub və bu da dəyərsiz deyil.

İstənilən halda həmsöhbətlərimizin bu gün Azərbaycanyumoristik janrında müəyyən problem və boşluqların olması fikri ilərazılaşmamaq olmaz. Amma elə onların özlərinin də təsdiqlədiyi kimi Azərbaycanincəsənətində və ədəbiyyatında həmişə əsl gülüş hədəfini tutub, bununla da Azərbaycantamaşaçısını həm güldürüb, həm də düşündürən Səyavuş Aslan, Hacıbaba Bağırov, BəşirSəfəroğlu, Nəsibə Zeynalova, Afaq Bəşirqızı və.s adlarını sadalamaqla bitməyəngörkəmli sənətkarlarımız olub, var  vəümid edirik ki, bundan sonra da öz sözünü deyə biləcək yeni nəsil yetişəcəkdir.