adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 May 2023 13:15
251
SİYASƏT

Azərbaycan XİN: “Ermənistan təxribatlara son qoymalı və azərbaycanlı əsgərləri geri qaytarmalıdır”

“Ermənistan hələ də keçmiş səhvlərindən dərs çıxarmır”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə “Twitter”də yazıb.

O bildirib ki, Ermənistan təxribat əməllərinə görə üzr istəmək əvəzinə saxta məlumatlar yayır: “Ermənistan təxribatlara son qoymalı, Azərbaycan Ordusunun əsir saxladığı iki əsgərini geri qaytarmalı və 3890 itkin düşmüş şəxs haqqında məlumat verməlidir”.