Azərbaycan XİN-dən Fransaya çağırış: Tövsiyələri yerinə yetirin
Fransanı Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt çərçivəsində təsbit edilmiş öhdəliklərə əsaslanan BMT-nin İnsan Hüquqları Komitəsinin tövsiyələrini yerinə yetirməyə çağırırıq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbacyan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə "X" sosial media hesabında qeyd edib
"Biz BMT-nin İnsan Hüquqları Komitəsinin nəticələrini yüksək qiymətləndiririk",- deyə paylaşımda bildirilib.
Qeyd edək ki, BMT-nin İnsan Haqları Komitəsi bu gün son sessiyasında altı iştirakçı dövləti araşdırdıqdan sonra Ekvador, Fransa, Yunanıstan, İslandiya, Pakistan və Türkiyə ilə bağlı nəticələrini açıqlayıb. Komitə əcnəbi vətəndaşların Fransa-İtaliya sərhədində müvafiq sığınacaq proseduruna, o cümlədən, hüquqlarına dair məlumatlara çıxışı olmadan zorla geri qaytarılmasından narahat olduğunu bildirib.
Komitə, həmçinin, miqrantların bəzən zor tətbiq etməklə Böyük Britaniya-Fransa sərhədindəki sığınacaqlardan, Fransanın dənizaşırı ərazisi olan Mayottedə sistematik təxliyələrindən, miqrantların üzləşdiyi getdikcə pisləşən həyat şəraitindən narahat olduğunu bildirib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

