adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2019 10:11
37563
MƏDƏNİYYƏT

Azərbaycan xalçaçılıq sənəti gənclər arasında təbliğ edilir

11 - 15 iyun il tarixlərindəAzərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət TəşkilatlarınaDövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regionalİnkişaf Assosiasiyası İctimai Birliyi tərəfindən Bakı şəhəri və Ağdam rayonunda"Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi uğurlaicra olunub.

Layihənin həyata keçirilməsində əsas məqsədyeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqındaməlumatlılığının artırılması, mədəniyyətimizin bu sahəsinin təbliğinə vəyaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyəsinə töhfəverilməsi, bu sənət sahəsinə marağı olan istedadlı yeniyetmə və gənclərin aşkarolunmasına kömək etmək olub.

Layihə çərçivəsində keçirilən seminarlar vasitəsiləyeniyetmə və gənclərə Azərbaycan xalçaçılıq sənətinin tarixi, inkişaf yolu vəbugünkü vəziyyəti haqqında, Azərbaycan Xalçaçılıq məktəbləri və buməktəblərə məxsus xalçaların özünəməxsusnaxışları, ornamentləri və mənaları, toxunma texnikaları haqqında faydalıməlumatlar verilib. Seminarlarda layihə çərçivəsində DVD formatında xüsusihazırlanmış "Azərbaycan Xalçaçılıq məktəbləri” infovideo - videoçarxındanistifadə edilib, məlumatlar gənclərə interaktiv formada çatdırılıb.

Seminarlarla yanaşı layihədə iştirak edən gənclərləbirlikdə Azərbaycan Xalça Muzeyinə, "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdamfilialına ekspozisiyalarla və istehsalat prosesi ilə əyani tanışlıq üçünekskursiyalar təşkil olunub. Ekskursiyalar zamanı bələdçilər tərəfindən muzeydəsərgilənən Azərbaycan xalçalarının tarixi, onların tərtibatı və növü haqqındagənclərə dəyərli məlumatlar verilib, həmçinin gənclər boyaqçılıq, bədiitərtibat, toxuculuq və bərpa emalatxanalarında olmuş və xalçaların istehsalprosesini yaxından görmək fürsəti əldə ediblər.

Layihəiştirakçılarına "Azərbaycan Xalçaçılıq məktəbləri” mövzusunda hazırlanmışbuklet, infovideo DVD disk və digər nəşr – poliqrafiya məhsulları paylanıb.