adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
23 May 2019 12:12
38952
MƏDƏNİYYƏT

“Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasında təbliği” layihəsi icra olunacaq

Bakışəhəri və Ağdam rayonunda Azərbaycan Xalçaçılıq məktəblərinin gənclər arasındatəbliğiməqsədiləseminarlar və ekuskursiyalar keçiriləcək.

Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Bizim Nəsil” Gənclərin Regional İnkişaf Assosiasiyasıİctimai Birliyi tərəfindən 2019 – cu ilin iyun ayında Bakı şəhəri və Ağdamrayonunda "Azərbaycan Xalçaçılıq məktəbləriningənclər arasında təbliği” layihəsi icra olunacaq.

Layihənin həyata keçirilməsində əsasməqsəd yeniyetmə və gənclərin Azərbaycan xalçaçılıq sənəti və məktəblərihaqqında məlumat bazasının artırılmasına, mədəniyyətimizin bu sahəsinin təbliğinəvə yaşadılmasına, yetişməkdə olan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhəverilməsi, yeni istedadlı yeniyetmə və gənclərin də aşkar olunmasına kömək etməkdir. Layihə yeniyetmə və gənclərinAzərbaycan xalçaçılıq sənəti və məktəbləri haqqında məlumatlılığınınartırılması, mədəniyyətimizin bu sahəsinin təbliği və yaşadılması, yetişməkdəolan gənc nəslin vətənpərvərlik tərbiyyəsinə tövhə verilməsi məqsədini daşıyır.Bu məqsədlə gənclərə peşəkar ekspertlər tərəfindən seminarlar keçirləcək, əyanitanışlıq üçün onların muzeylərə ekskursiyaları və xalça istehsalı müəsissələrinəsəfərləri təşkil olunacaq.

Hazırda ölkəmizdəxalçaçılıq sənətinin qorunub saxlanılması və təbliği istiqamətində bir sıramühüm işlər görülür. Ancaq bu sahənin gənclərə tanıtımı istiqamətində bundansonra da görüləcək işlər az deyil. Yetişməkdəolan gənc nəslin bu qədim sənət tarixinə bələdçiliyi, onların təkcəxalçalarımızın mahiyyətini başa düşüb sevməsinə yox, həm də bu əvəzsiz maddi -mənəvi sərvətlə fəxr etməsinə, onu yaşatmasına və dünyaya tanıtmasına yardımçıola biləcək. Bütünbunları nəzərə alaraq layihənin məqsədinə çatmaq və mövcud problemin həllinətöhvə vermək üçün layihə çərçivəsində qeyd edilən şəhər və regionda yeniyetməvə gənclərə Azərbaycan Xalçaçılıq məktəbləri mövzusundapeşəkar ekspert tərəfindən seminarlar və ekskursiyalar təşkil ediləcəkdir.