Azərbaycan və Ukrayna arasında siyasi məsləhətləşmələr keçirilib
20 fevral 2025-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Ukrayna xarici işlər nazirinin müavini Oleksandr Mişenkonu qəbul edib.
XİN-dən Adalet.az-a verilən xəbərə görə, görüş zamanı iki ölkə arasında mövcud əməkdaşlıq gündəliyinin aktual məsələləri, habelə regiondakı vəziyyət haqqında müzakirələr aparılıb.
Tərəflər görüş zamanı dövlətlərin suverenliyi, ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığına dair iki ölkə tərəfindən davamlı şəkildə nümayiş etdirilən mövqenin, habelə ölkələr arasında beynəlxalq hüququn fundamental prinsiplərinə və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin vacibliyini vurğulayıblar.
Qarşı tərəf Azərbaycanın Ukraynanın münaqişədən zərər çəkmiş bölgələrinin bərpa və yenidən qurulmasına töhfəsinin, habelə Ukrayna xalqına göndərilən humanitar yardımların yüksək qiymətləndirildiyini qeyd edib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, Azərbaycan Respublikası və Ukrayna Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr aparılıb. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən nazir müavini Samir Şərifov, Ukrayna tərəfindən isə Oleksandr Mişenko rəhbərlik edib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

