adalet.az header logo
  • Bakı 24°C
  • USD 1.7
05 Iyul 2018 15:29
7656
GÜNDƏM

Azərbaycan və Türkiyə diasporu birgə işləyəcək

Türkiyə və Azərbaycan diasporlarının, xaricdə və digər ölkələrdə yaşayan təşkilatların birgə fəaliyyəti istiqamətində artıq razılığa gəlinib.

Adalet.az xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov deyib. O bildirib ki, bu gün Türkiyə və Azərbaycanda əmin-amanlıq var.

"Bunu qoruyub saxlamalıyıq. İstər Azərbaycanda yaşayan türk qardaş və bacılarımız, istərsə də Türkiyədə yaşayan azərbaycanlılar özlərini rahat hiss edirlər. Azərbaycanlılar orada mədəniyyət, incəsənət və iqtisadi sahələrdə böyük nailiyyətlərə imza atıblar".