"Azərbaycan və Türkiyə arasında qardaşlıq münasibətləri..." - Dövlət başçısı
Azərbaycan və Türkiyə arasında müttəfiqlik və qardaşlıq münasibətləri, hər iki ölkənin beynəlxalq hüquq prinsiplərinə sadiqliyi bölgədə sabitliyin təmin olunması üçün möhkəm zəmin yaradır.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətində yer alıb.
“Çox təəssüf ki, silahlı münaqişələr və irqi ayrı-seçkilik nəticəsində milyonlarla insan öz doğma yurdlarından didərgin düşərək qaçqınlıq həyatı yaşayır. Xüsusilə Birinci Dünya müharibəsi dövründə və ondan sonra erməni radikalizmi və ekstremizmi Azərbaycan xalqını misli görünməmiş müsibətlərə düçar etmiş, nəticədə yüz minlərlə soydaşımız öz dədə-baba torpaqlarından zorla çıxarılmış, kütləvi qətl və qırğınlara məruz qalmışdır”, - deyə müraciətdə bildirilib.
Dövlətimizin başçısı qeyd edib ki, Qərbi Azərbaycanda – Ermənistan ərazisində 1918–1921, 1948–1953 və 1987–1991-ci illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilmiş və beləliklə, Ermənistanda bir nəfər belə azərbaycanlı qalmamışdır. Bu etnik təmizləmə böyük humanitar faciə olmaqla yanaşı, 1920-ci ildə Qərbi Zəngəzurun Azərbaycandan alınaraq Ermənistana verilməsi ilə Azərbaycanın əsas hissəsinin onun ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqəsini kəsmək kimi mənfur geosiyasi məqsədə də xidmət etmişdir.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

