Azərbaycan və Türk diaspor təşkilatlarının əməkdaşlığı genişlənir
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Londonda Azərbaycan icmasının üzvləri ilə keçirdiyi görüşdə Türk Okullar Dərnəyinin rəhbəri və Türk icmasının nümayəndələri, eləcə də Güney Azərbaycandan olan soydaşlarımız iştirak ediblər.
Komitədən Adalet.az-a verilən məlumata görə, görüşdə müxtəlif ölkələrdə Azərbaycan və Türk diaspor təşkilatlarının birgə fəaliyyətinin zəruriliyi vurğulanıb. Qeyd olunub ki, 15 iyun 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində Türkiyə və Azərbaycan prezidentləri Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev tərəfindən imzalanmış Şuşa Bəyannaməsi də iki ölkənin diasporlarının sıx əməkdaşlığını nəzərdə tutur.
Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə ABŞ və Almaniyada Azərbaycan və Türk diasporlarının birgə toplantısı keçirilib. Müxtəlif ölkələrdəki görüşlərdə də Türk icmalarının nümayəndələri hər zaman iştirak edib.
Digər Xəbərlər
18 Sentyabr 2026 19:15
Paşinyan İlham Əliyevə təşəkkür edib
18 Sentyabr 2026 17:22
Rəsmi Bakıdan Fransaya - Çağırış
18 Sentyabr 2026 11:54
Azərbaycan xalqı cahildirmi?
18 Sentyabr 2026 11:41
Hikmət Hacıyev Almaniya səfiri ilə görüşdü
18 Sentyabr 2026 10:45
“Bununla Azərbaycan xalqının milli ideyası gerçəkləşdirildi...”
18 Sentyabr 2026 10:36
"Ermənistan və Azərbaycan tezliklə davamlı sülhə nail olacaqlar"
18 Sentyabr 2026 10:26
“Ermənistan cəmiyyəti bilməlidir ki, Qarabağ məsələsi bitib”
18 Sentyabr 2026 10:04


Bakı -°C

