Azərbaycan və Latviya dəmiryolçuları Bakıda görüşdülər - FOTO
"Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətində "Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinşin başılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları” QSC-dən Adalet.az-a verilən məlumata görə,QSC-nin sədri Cavid Qurbanov çıxış edərək dəmir yolunda həyata keçirilən islahatlar, ölkənin tranzit potensialının artırılmasında mühüm rol oynayan Bakı-Tbilisi-Qars, Şimal-Cənub, Şərq-Qərb, Cənub-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin icra vəziyyəti, Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutunun fəaliyyətinin daha da gücləndirilməsi və qarşıda duran vəzifələr haqqında ətraflı məlumat verib.
Sonra ikitərəfli qarşılıqlı əməkdaşlıq əlaqələrinin müzakirəsi aparılıb. "Latviya Dəmir Yolu” SC-nin prezidenti – idarə heyətinin sədri Edvins Berzinş çıxış edərək ikitərəfli əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını bildirib.
Digər Xəbərlər
28 Aprel 2024 21:01
Abid Şərifov oğlunun ölümündən danışdı: "Belimi qırdı" - VİDEO
28 Aprel 2024 15:42Müdafiə Nazirliyi həftəlik icmalını təqdim etdi - VİDEO
28 Aprel 2024 12:14Səhiyyə Nazirliyinin rəhbərliyi akademik Zərifə Əliyevanın xatirəsini yad edib - FOTOLAR
28 Aprel 2024 11:04Cümhuriyyəti yıxan, işğala rəvac verən BOLŞEVİK NÖKƏRLƏRİ
28 Aprel 2024 10:01