Azərbaycan və Cibuti XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan və Cibuti Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycn Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir Ceyhun Bayramov Cibuti Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsəni qəbul edib.
Görüş zamanı Azərbaycan və Cibuti arasında ikitərəfli əməkdaşlığın perspektivləri, çoxtərəfli formatlarda tərəfdaşlıq məsələləri müzakirə olunub.
İqtisadiyyat, ticarət, humanitar, təhsil və s. istiqamətlər üzrə əməkdaşlığın geniş perspektivləri olduğu vurğulanıb.
Regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı dəstək və həmrəyliyin bundan sonra da davam etdirilməsinin əhəmiyyəti qeyd olunub. 2026-cı ildə ölkəmizdə keçiriləcək İslam Əməkdaşlıq Təşkilatının Zirvə görüşünün və növbəti iki il ərzində Azərbaycan sədrliyi əməkdaşlıq üçün əlavə imkanlar yaratdığı bildirilib.
Görüş zamanı ötən ay Vaşinqton şəhərində baş tutmuş görüş və əldə olunan razılıqların əhəmiyyəti qeyd edilib, Azərbaycan-Ermənistan sülh prosesinin təşəbbüskarı olan ölkəmizin bundan sonra da sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərini davam etdirəcəyi diqqətə çatdırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Eyni gündə, həmçinin Azərbaycan və Cibutinin Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Yalçın Rəfiyev, Cibuti tərəfindən isə Xarici İşlər Nazirliyinin baş katibi Məhəmməd Əli Həsən rəhbərlik edib.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

