Azərbaycan və Çexiya XİN-ləri arasında siyasi məsləhətləşmələr oldu
Bu gün Bakıda Azərbaycan Xarici İşlər Nazirliyi ilə Çex Respublikası Xarici İşlər Nazirliyi arasında növbəti siyasi məsləhətləşmələr keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-dən bildirilib.
Məsləhətləşmələrdə nümayəndə heyətlərinə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, qarşı tərəfdən isə Çex Respublikası Xarici İşlər Nazirliyinin Avropa məsələləri üzrə baş direktoru Yaroslav Kurfürst rəhbərlik edib.
Siyasi məsləhətləşmələr zamanı ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli münasibətlərin hazırkı vəziyyəti, gələcək perspektivləri, o cümlədən siyasi, iqtisadi, ticarət, humanitar, konsulluq məsələləri, habelə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq müzakirə edilib.
Müzakirələr zamanı nazir müavini X.Xələfov 2023-cü ildə iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 30 ilinin tamam olduğunu qeyd edərək, bu illər ərzində ölkələrimiz arasında qarşılıqlı hörmət və etimada əsaslanan səmərəli əməkdaşlıq əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, bu prosesdə yüksək səviyyəli siyasi dialoqun, rəsmi səfər mübadilələrinin, habelə parlamentlərarası əməkdaşlığın mühüm rol oynadığını və münasibətlərin daha da inkişaf etdirilməsi üçün geniş potensialın mövcud olduğunu bildirib. Azərbaycanın təşəbbüsü və iştirakı ilə bölgədə həyata keçirilən nəqliyyat, kommunikasiya layihələri haqda məlumat verib və bu istiqamətlərdə əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğulayıb.
X.Xələfov qarşı tərəfə post-münaqişə dövründə bölgədə yaranan yeni reallıqlar, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan bərpa və quruculuq işləri haqqında ətraflı məlumat verib. Azərbaycanın Ermənistan ilə münasibətlərinin normallaşması, sülh gündəliyinin irəlilədilməsi, dövlət sərhədinin delimitasiyası, kommunikasiyaların açılması istiqamətindəki təşəbbüsləri barədə qarşı tərəfi məlumatlandıraraq, eyni zamanda Ermənistan tərəfindən törədilən təxribatların, xüsusilə də üçtərəfli bəyanatdan irəli gələn öhdəliklərin yerinə yetirilməməsinin bölgədə sülh və əmin-amanlığın təmin edilməsinə təhdid yaratdığını diqqətə çatdırıb.
Y.Kurfürst Azərbaycan ilə Çex Respublikası arasında ikitərəfli əlaqələrin hazırkı səviyyəsindən məmnunluğunu ifadə edib və 2015-ci ildə imzalanmış müvafiq Birgə Bəyanatdan irəli gələrək münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə çatdığını bildirib. Çex Respublikasının Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəklədiyini və bölgədə davamlı sülhün və sabitliyin bərqərar olunmasının əhəmiyyətli olduğunu vurğulayıb. Cari ilin 3 mart tarixində Praqada Azərbaycan-Çex Respublikası hökumətlərarası komissiyasının iclasının məhsuldar keçirildiyini və bunun iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın inkişafına töhfə verdiyini bildirib.
Görüş zamanı tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq təhlükəsizlik məsələləri ətrafında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
26 Dekabr 2025 09:00
200 İLLİK İŞĞALA SON QOYAN SƏRKƏRDƏ
25 Dekabr 2025 18:52
Azərbaycan QHT-ləri Donald Trampa açıq məktub yazıb
25 Dekabr 2025 18:36
Daxili qoşunların komandanını Prezident vəzifəyə TƏYİN EDƏCƏK
25 Dekabr 2025 17:57
"Daxili qoşunlar haqqında" qanun təsdiqləndi
25 Dekabr 2025 17:52
Prezident bu məhkəmələrə sədr və hakimlər təyin etdi - SİYAHI
25 Dekabr 2025 14:18
“ABŞ-Azərbaycan əlaqələri yeni siyasi və hərbi əməkdaşlıq mərhələsinə keçib...”
25 Dekabr 2025 13:19
Milli birlik güclü liderlik üzərində qurulur
24 Dekabr 2025 17:55


Bakı -°C

