adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
23 Noyabr 2016 15:35
93610
MÜSAHİBƏ

Azərbaycan və Cənubi Qafqazın Etika Akademiyası

Azərbaycanda forma və məzmunca digərlərindənfərqlənən yeni bir Akademiya fəaliyyət göstərir. Etika Akademiyası adlanan buAkademiyanın bir sıra özəllikləri var. Etika Akademiyasının direktoru Günelİbrahimlə bu yöndə söhbətləşdik.

-Günelxanım. Etika Akademiyasının yaradılmasında məqsəd nədir?

-Etika Akademiyasının yaradılmasının əsasməqsədi milli kadrların qlobal standartlara müvafiq yetişdirilməsidir. Etikaadından görsəndiyi kimi çox geniş , bəlkə də ucu bucağı görsənməyən bir tərəfifəlsəfə , bir tərəfi dəyərlər, milli kolorit , tarix və sadə etiketstandartları əhatə edən anlayışdır . Biz bir vətəndaş cəmiyyəti olaraq qısa müddətli , lakin startegiyası uzun illərəyönəldilmiş bir planla yola çıxmışıq. Qarşılaşdığımız ən böyük problem resurslardır.Etiketə, milli etiketimizə aidkitablarımızın olmaması, vahid bir istinad edəcəyimiz birmənalı bilik mənbəyimizolmadığını aşkarlayanda ilk vəzifəmiz bu barədə aidiyyatı qurumlara xəbər verməkidi. Təşkilatımız bununla əlaqəli ilk dəfə "Etika Forumu- Bakı 2015” keçirdi və dövlət qurumlarının nümayəndələrini,təşkilatları, şirkətləri bu məsələyə cəlbetdik. Milli Etiket Ensklopediyamızın , bununla əlaqəli işçi qrupununyaradlması barədə forumun çıxarışı oldu.

-Neçəmüddətdir fəaliyyət göstərirsiniz, əsas məqsədləriniz barəsindədanışarsınız.....

-Qeyd etdiyim kimi , ilk olaraq qısazaman müddətinə hədəflər təyin edərək addim addim irəliləməyi düşünürük. Ilköncə gənclərə və məktəblilərə etiketin uğur əmsalındakı gücünü aşılayırıq.Etiket üzrə təlimləri şahmat , kimya,fizika və s. önəmli və inkişaf kodeksi kimi birmənlaı qəbul edilən fənlərsırasında görülməlidir. Bilirsinizmi .. ağılıı canavarlar yetişdirmirik.. hansısənət sahib olursan ol, yalnız dəyərlərvə etika üzərində qurulan sənət töhfəlidir. Hansi ali məktəbi bitirməyinzdənasılı olmayarq ilk dəqiqiələrdə özünüzü təqdim edə bilmirsinizsə kadr bazarında uduzursunuz. Sürətin əsaspriroitet olduğu bir zamanda yaşadığını anlayan insan qısa müddtdə düzgün qərarlarqəbul etməkdən ötru keyfiiyətli düşüncə formasına sahib olmalıdır. Bunlarınfundamental və son halı etika və etiketdir.

-Belə bir Akademiyanın yaradılması bir ilkdir. Sizə tanış təcrübəvarmı?

-Etika Akademiyası ölkəmizdə və cənubi Qafqazda ilkdir. Dünyadarəsmi cəmi bir neçə institutlar var . PartnyorlarımızBöyük Britaniyanın İnstitutları və mərkəzləridir. İBS ilə bağladığımız memorandum əsasında milli dəyərlərimiziqoruyub saxlamaqla qlobalstandartlar üzərində qurulumuş tədris proqramları bu gun 6 -16 yaş, 16-35 yaş,35 və daha yuxarı konspesiyasına bölünüb. Etika Akademiyasında etiketi , qida mədəniyyətini, özünü ifadə etməkqabiliyyətini, natiqlik, xanım və alicənab olmağı, biznes etiketivə menecmentlik üzrə Britaniyanın aparıcı institutlarının ixtisas sənədlərinəyiyələnmək mümkündür. Ən son əldə etdiyimiz imkanlar İsveçrə ilə bağlıdır. İsveçrənin"İCsquared GmbH” şirkəti ilə bağladığımız müqaviləyə əsasən "Swiss Education Group”un otelçilik , kulinariya və dil kursları iləbağlı tədrisli , əyləncəli yay düşərgələrinə göndərmək imkanımız vardır.Qeyd edim ki, SEG İsveçrənin ən məşhur məkanlarında, 5 ulduzlu xidmət verən edən 4 düşərgə və hər il 600 dən artıq tələbənidünyanın yuksək standartlar tələb edən bazarına effektif kadr kimi hazırlayır. Bizim gənclər də artıq buimkanlardan istifadə edə bilər ,sadəcə gəlib bizdə məlumat alıb qeydiyyata düşməklazımdır.

-Akademiya məzunlarının iş və yaöyrəndiyi təcrübəni cəmiyyətə catdırması üçün hansı addımlar atılır?

-Bildiyimzikimi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "2015-2025-ci illərdəAzərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında sərəncamimzalayıb. Növbəti illərdə prioritetlər məntiqiardıcıllıqla gənclərin bir mütəxəsis kimi yetişməsi, milli kadrların dahaçox sayda formalaşması və beynəlxalq proqramların karyera inkişafında tətbiqidir.Son illər beynəlxalq tədbirlərin Evrovision 2012, İnternet İdarəçiliyi Forumu,Avropa Oyunları-2015 və gələcəkdə planlaşıdırılmış tədbirlər təcrübə baxımdanöz sözünü deyəcəkdir. Azərbayacan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatıvə nəzdində fəaliyyət göstərən Fərdi İnkişaf Mərkəzi-Etika Akademiyasıolaraq bu sərəncama inanılmaz sevindik, çünki əksər müddəalar fəaliyyətimizdəöz əksini tapır. Hal-hazırda ən mövcud problemlərdən biri işsizlik deyil, kadrçatışmamazlığıdır. Düşünürük ki, bu müddəalara öz kiçik töhfəmizi əlavə edə biləcəyik.Məsələn bir neçəsini saya bilərəm: gənclər arasında ixtisas və peşəseçimi, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmaq, gənclərevlərində (mərkəzlərində) ixtisaslaşmış mütəxəssislər vasitəsilə karyera məsləhətxidmətlərini inkişaf etdirmək, gənclərin məşğulluğunun təmin edilməsi üçünonların peşəkarlığını artıran tədbirlər görmək, aztəminatlı gənc ailələrə şəxsitəsərrüfatlarını qurmaq, inkişaf etdirmək və ya fərdi əmək fəaliyyəti ilə məşğulolmaqla gəlirlərini artırmaları üçün davamlı dəstək vermək, regionlarda yaşayangənclərin təhsil, məşğulluq və mədəniyyət sahəsində imkanlarını genişləndirmək,yeniyetmə və gənclərin iqtisadi sahədəki bilik və bacarıqlarının artırılmasıüçün müasir metodlar tətbiq etmək, gənclərin qeyri-hökumət təşkilatlarının sahələrüzrə peşəkarlığının artırılmasını və dövlət sifarişlərinin həyata keçirilməsindədaha fəal iştirakını stimullaşdırmaq, gənclərlə işin təhlili, planlaşdırılması,təşkili və qiymətləndirilməsi üzrə mütəxəssislərin hazırlanmasını və yenidənhazırlanmasını təmin etmək və s.

Layihələrin yazılması və idarə edilməsiilə bağlı geniş treninqlər keçiririk. Əməkdaşlıq etdiyimiz ali təhsilocaqlarında gənclərin artıq 3-4-cükursdan etibarən "İş Dünyasına Hazırlıq” konsepsiyasını təqdim edirik.Kommersiyaşirkətləri ilə bağladığımız 20-dən çox müqavilə əsasında EtikaAkadmeyasının gənc məzunlarıını kadr kimi təqdim edirik. Fəaliyyətimz 3ilitamam olacaq, məzunlarımızdan 400 nəfərə yaxıngənc təlimlərdən sonra işlə təmin ediliblər. Gənc və təcrübəsi azolan bir gəncin gərəkli bir kadr kimi formalaşmasının ən qısa yolu inkişafproqramlarına yiyələnməkdir. Etika Akademiyası olaraq cənab Prezidentin2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”naəsəslanaraq fəaliyyətimizi daha da genişləndiririk.

ƏdilƏdilzadə