adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
01 Aprel 2015 20:52
1614
GÜNDƏM

Azərbaycan Türkiyədə keçirilən beynəlxalq hərbi təlimdə iştirak edir

Türkiyə, Azərbaycan, ABŞ, İspaniya, Macarıstan, Rumıniya və Şimali Kipr Türk Respublikası təmsilçilərinin iştirakı ilə beynəlxalq "İşıq-2015/1” hərbi xilasetmə təlimləri başlayıb.


 

Adalet.az-ın Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının saytına istinadən verdiyi məlumata görə, Konyada keçirilən təlimlərin məqsədi birgə axtarış-xilasetmə, yaxın hava dəstəyi, dinamik hədəfləmə və digər ssenarilər çərçivəsində birgə hərəkət etmə və təlim səviyyəsinin yüksəldilməsidir.

 

Təlimlərdə Azərbaycan dörd ədəd Mİ-17 helikopteri və bir xüsusi təyinatlı tağımla iştirak edir.

 

Martın 30-da başlayan təlimlər aprelin 10-a qədər davam edəcək.