Azərbaycan şpris istehsalına başlayır
Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev bu gün bildirib ki, yaxın 2-3 ay ərzində ölkədə iki yeni əczaçılıq zavodu fəaliyyətə başlayacaq.
Daha öncə "Diamed” şirkətinin təsisçisi Aytən Quliyeva bildirimişdi ki, şpris istehsalı zavodu 2019-cu ilin martında fəaliyyətə başlayacaq.
O qeyd edib ki, zavodun fəaliyyətinin birinci ilində hədəf daxili tələbatın ödənilməsinə yönələcək:
"Şprisə illik tələbat 170 milyon ədəd təşkil edir. İlk altı ay ərzində 100 milyon şpris istehsal etməyi, daha sonra bu həcmi 150-170 milyon ədədə çatdırmağı planlaşdırırıq”.
A.Quliyeva əlavə edib ki, əsasə məqsəq şpris idxalının minimuma endirməkdir. Sonrakı illərdə isə zavodda istehsal olunan şprislərin ixraca yönləndirilməsi nəzərdə tutulir.
Qeyd edək ki, "Diamed” şirkətinin zavodu Pirallahı Sənaye Parkında tikilir. (Trend)
Digər Xəbərlər
02 May 2024 10:15
Azərbaycanda yeni peyvənd vurulacaq
01 May 2024 12:18COVID peyvəndi qan laxtalanmasına səbəb ola bilər
30 Aprel 2024 15:59Azərbaycanda COVID-19-a yoluxma ilə bağlı RƏSMİ AÇIQLAMA
27 Aprel 2024 17:15Həftəsonu yuxusu depressiyanı azaldır
27 Aprel 2024 09:19