adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
11 Iyun 2019 09:21
13415
SAĞLAMLIQ

AZƏRBAYCAN SƏHİYYƏSİNDƏ RÜŞVƏT?!

Ola bilməz! «Kanal8» internet televiziyasının müxbiri TeymurKərimov Səhiyyə Nazirliyinin qabağında bir etiraz aksiyasıkeçirmişdi. Səbəb də xəstə anasına dövlət xəstəxanasında müalicəsi üçün rüşvət istənməsi və pul xərcləməsi. Anası rəhmətəgetdi, yeri behişt olsun. Qələm dostumuza dərin hüznlə başsağlığı veririk.

Və məlum oldu ki,Səhiyyə Nazirliyi jurnalisti nazirliyə şər və böhtan atdığına görə məhkəməyə verib. Deyəsən,hazırlıq iclası da olub. Tuta da bilərlər,tutmaya da.

Doğrudan da Azərbaycanda dövlət xəstəxanalarında rüşvət?Ola bilməz, mümkün deyil! Xəstəni elə çatdıran kimi həkimlər alırlarqucaqlarına, aparırlar palataya, dərhal bütün analizlər götürülür, əməliyyat olunmalıdırsa dərhal əməliyyatstoluna, sağ ayağı yerinə sol ayağıkəsmirlər, tibb bacıları, xadimələr hamısı xəstəninqulluğunda. Gündə 3 dəfə yüksək kaloriliyemək , nəvaziş. Xəstə sağalandan sonra hətta xəstəxanadan çıxmaq istəmir.

Dəliməmmədlidəkiqaloş pirinə and olsun ki, Azərbaycanda səhiyyəpulsuzdu.