Azərbaycan Rusiyaya fındıq ixrac edəcək
Xəbər verildiyi kimi, Azərbaycan məhsulları Moskvada keçirilən "Prodexpo 2019” beynəlxalq ərzaq sərgisində nümayiş olunur.
İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, artıq sərgidə iştirak edən Azərbaycan şirkətləri ilə xarici tərəfdaşları arasında aparılan müzakirələrin nəticəsi olaraq Azərbaycan məhsullarının ixracına dair bir sıra razılıqlar əldə olunub.
Belə ki, Azərbaycanın "Azhazelnut” şirkəti 21 ton fındığın, "A+Co” şirkəti isə 20 ton şərabın Rusiyaya ixracına dair müqavilələr imzalayıblar. "Cəlilabad Şərab-2” şirkəti isə iki Rusiya şirkəti arasında 100 min şüşə şərabın ixracına dair razılıq əldə olunub.
Bundan başqa, Azərbaycanın "Gilan Agro and FMCG Group” şirkəti konserv məhsullarının, "Cuve” şirkəti fındığın, "Aznar” şirkəti nar şirəsinin, "D fruits” şirkəti konservləşdirilmiş meyvə və meyvə qurularının, "Tac” şirkəti sərinləşdirici içkilərin, "Buta Agro” şirkəti isə istehsal etdiyi meyvə və tərəvəzin Rusiyaya ixracına dair razılığa gəliblər.
"Prodexpo 2019” beynəlxalq ərzaq sərgisi fevralın 15-ə kimi davam edəcək.
Digər Xəbərlər
26 Aprel 2024 15:51
Maaş artımı olacaq - Deputat müjdə verdi
26 Aprel 2024 15:41Prezident: “Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq”
26 Aprel 2024 15:09Prezident: “Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq”
26 Aprel 2024 12:42Prezident: “Enerji, qaz və neftlə zəngin ölkələr iqlim dəyişikliyi ilə mübarizədə öndə getməlidirlər”
26 Aprel 2024 12:14