adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
08 Fevral 2018 16:18
8736
GÜNDƏM

Azərbaycan Rusiyadan aldığı hərbi texnikaları işə saldı - VİDEO

Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən ölkəmizə gətirilən müasir hərbi texnikanın bir hissəsi Ordumuzun bölmələrinin silahlanmasına daxil edilib.

Müdafiə Nazirliyindən Adalet.az-a verilən məlumata görə, silah və hərbi texnikanın döyüşə hazır vəziyyətə gətirilməsi məqsədilə keçirilən məşqlərdə hədəflərin dəqiq məhv edilməsinə, eləcə də atışların sıxlığına və sərrastlığına nail olunub.