adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
19 Aprel 2017 18:51
19923
MƏMLƏKƏT

Azərbaycan riyaziyyat məktəbinin layiqli davamçısı: Professor Arif Səlimov

Riyaziyyatınən qədim qolu olan həndəsə sahəsində Azərbaycanlı alimlər hər zaman öz elmi nailiyyətləriilə dünyada isimlərini tanıdabiliblər. 

Bu ənənə məşhur Nəsrəddin Tusi ilə başlayıb. Onun Evklid həndəsəsinin5-ci postulatı ilə əlaqədar verdiyi təkliflər daha sonralar yaranan Lobaçevski həndəsəsininortaya çıxmasında önəmli yer tutub. XX əsrdəNəsrəddin Tusi irsinin önə çıxan layiqli davamçılarından biri də AMEA-nın müxbirüzvü Maqsud Cavadovdur. Onun cəbrlər üzərində qurulmuş fəzaların həndəsəsində əldəetdiyi nəticələr Azərbaycan həndəsə məktəbinin bütün dünyada qəbul edilən önəmlinailiyyəti idi. 1972-ci ildə vəfat eden Maqsud Cavadovdan sonra Azərbaycan həndəsəməktəbində bir müddət durğunluq yarandı. 1973-cüildəAzərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) mexanika-riyaziyyatfakültəsinə Arif Səlimov adlı bir tələbə qəbul oldu. O zaman həndəsə kafedrasınınmüəllimləri bu 17 yaşlı gənc oğlanda böyük istedadı görüb, onu həndəsənin"Məkkə”si sayılan, Lobaçevskinin yaratdığı elmi məktəbin fəaliyyət göstərdiyi KazanDövlət Üniversitetinə istiqamətləndirdilər. Bu gənc tələbənin istedadı Kazan DövlətUniversitetinin məşhur həndəsəçi alimləri A. Norden, A. Şirokov və V. Vişnevskinin diqqətini çəkdi. Daha sonra bualimlər onun bu universitetin əyani aspiranturasında qalıb oxumağına dəstək oldular.80-ci illərdə məşhur Nordenden "… sən Tusi və Cavadov məktəbinin davamçısı olacaqsan…” sözlərini eşidəndə gənc elmlər namizədi Arif Səlimov çox sevinmiş və gələcəkelmi xəyallarını qurmağa başlamışdı.

ArifSəlimov kimdir: Riyaziyyat dünyasında "Arif Salimov” (https://en.wikipedia.org/wiki/Arif_Salimov)kimi tanınan Azərbaycanlı alim həm namizədlik(1984), həm də doktorluq (1998) dissertasiyalarınıRusiyanın Kazan Dövlət Universitetində "Həndəsə” ixtisası üzrə müdafiə edib. Ölkəmizdəbu ixtisas üzrə hal-hazırda yeganə elmlər doktorudur. Elmi-pedaqoji fəaliyyətləriniRusiya, Azərbaycan və Türkiyədə davam etdirən A.Səlimov bu ölkələrdə həndəsə ixtisasıüzrə ümumilikdə 14 nəfər fəlsəfə doktoru yetişdirib, onlardan da 4 nəfəri professor elmi adını alıb. Türkiyədə 4 dəfə dövlət qrantlarının qalibi olub.Tenzor operatorları ilə bağlı yazdığı və bu mövzuda dünyada ilk sayılan elmi monoqrafiyasıABŞ-ın "Nova Science Publishers” nəşriyyatının "Mathematics Research Developments”seriyası üzrə çap olunub və Amazon.com (https://www.amazon.com/Operators-Applications-Mathematics-Research-Developments/dp/1622570219)kimi məşhur e-ticarət şirkətlərində böyük tirajlarla satışa çıxarılıb.

ArifSəlimov həndəsə sahəsində aldığı elmi nəticələri 50-dən çox beynəlxalq elmi konfranslardaməruzələrlə təqdim edib, bu nəticələrin 100-dən çoxu ayrıca elmi məqalə şəklindəçap olunub. Onun elmi məqalələrinin çoxu "Springer”, ”Elsevier”, "World Scientific”kimi məşhur nəşriyyatlarda çap edilib. Bu məqalələrdən 47-si isə ABŞ-ın "ThomsonReuters” şirkətinin "Web of Science” elmi bazasının SCIE indeksində yer alıb. Məhzbu nəticə ilə A.Səlimov dünyada həndəsə üzrə ən yüksək reytinqə sahib olan elm adamlarındanbiridir.

Qeydetmək lazımdır ki, A.Səlimov bir çox mükafatlara da layiq görülüb. Onun ən boyükmükafatı isə 2015-ci ildə Tenzor strukturalar üzrə rəhbərliketdiyi layihədə əldə etdiyi yüksək elmi nəticələrin bəhrəsi olan Türkiyə Elm vəTexnika Komitəsinin (TUBİTAK-ın) təqdimatı ilə Türkiyədə elm sahəsindəki ən yüksəkməbləğli Dövlət Mükafatıdır (20.000 ABŞ Dolları) layiq görülmüşdür (http://interfax.az/view/649375),(http://www.milliyet.com.tr/prof-dr-arif-salimov-un-tubitak-proje-erzurum-yerelhaber-1090757/).Müqayisə üçün onu da qeyd edək ki, riyaziyyatçıların kiçik "Nobel mükafatı” hesab olunan Filds mükafatı (https://en.wikipedia.org/wiki/Fields_Medal)15.000 Kanada dolları (təqribən 12.000 ABŞ dolları) miqdarındadır.

A.Səlimov2016-cı ildən etibarən öz doğma vətəninə qayıtmağa qərar verib və hal-hazırda BakıDövlət Universiteti və AMEA-nın Riyaziyyat və Mexanika İnstitutu ilə sıx əməkdaşlıqetməkdədir. Təsadüfi deyil ki, əldə etdiyi yüksək elmi nailiyyətlərə görə AMEA-nınRiyaziyyat və Mexanika İnstitutu tərəfindən AMEA-nın müxbir üzvlüyünə keçiriləcəkseçkilərdə namizədliyi irəli sürülüb.

Xatırlatmaqyerinə düşər ki, Türkiyə Dövlət mükafatı laueratı, fizika-riyaziyyat elmləri doktoru,professor Arif Səlimov AMEA-nın müxbir üzvlüyünə seçkilərdə riyaziyyatın bütün sahələriüzrə qeydə alınmış 22 namizəd arasında "Thomson Reuters” şirkətinin "Web of Science”elmi bazasının SCIE indeksindəki məlumatlara görə ən yüksək nəticə (47 məqalə) ilə 1-ci yerdədir.