Azərbaycan qaçaqmalçı cinayətkar qrupun liderini Qazaxıstana ekstradisiya edib

Qazaxıstanın hüquq-mühafizə orqanlarının əməkdaşları qaçaqmalçılıqla məşğul olan cinayətkar qrupun yaradılmasında və ona rəhbərlik etməkdə şübhəli bilinən şəxsi Azərbaycandan təhvil alıblar.
Bu barədə Qazaxıstan Baş Prokurorluğunun Mətbuat Xidməti məlumat yayıb.
Prokurorluğun məlumatına görə, şübhəli şəxs 2016-18-ci illərdə Qazaxıstana qaçaqmalçılıq yolu ilə istehlak mallarının keçirilməsi ilə məşğul olan cinayətkar qrupa rəhbərlik edib, həmçinin gömrük rüsumlarını və vergilərini ödəməkdən yayınıb. Nəticədə ölkəyə 4 milyard tengedən (8,9 milyon ABŞ dolları - red.) çox ziyan dəyib.
O, cinayətləri törətdikdən sonra istintaqdan yayınıb və beynəlxalq axtarışa verilib. Sonralar Azərbaycan ərazisində aşkar edilib.
Şübhəli Aktau şəhərinin istintaq təcridxanasına aparılıb. Onu əmlakı müsadirə olunmaqla 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.
Qazaxıstan Baş Prokurorluğu onu da qeyd edib ki, 2019-cu ilin dekabrında Mangistau vilayətinin məhkəməsi eyni mütəşəkkil cinayətkar qrupun fəaliyyətində iştirak edən 12 nəfəri müxtəlif növ cəzalara məhkum edib.
Digər Xəbərlər

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub

Baş prokurorun vətəndaşlarla görüşünün vaxtı dəyişdirildi

Elnur Şükürov azadlığa çıxdı - FOTO

Əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan komandir və xidmət rəisi azadlığa buraxıldı

1990-cı ildə Azərbaycanın Ermənistandan atəşə tutulması ilə bağlı sənədlər elan edilib
