Azərbaycan Premyer Liqasında II tura start verilir

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında II tura start veriləcək.
Adalet.az-ın məlumatına görə, günün yeganə matçında "Zirə" "Sabah"ı qəbul edəcək. "Dalğa Arena"da keçiriləcək görüşün baş hakimi İnqilab Məmmədov olacaq.
Hərəyə 3 xalı olan komandalar "Qarabağ", "Qəbələ" və "Neftçi" ilə birlikdə 1 - 5-ci yerləri bölüşdürür.
İki kollektiv indiyədək ölkə çempionatında 15 dəfə üz-üzə gəlib. Bunların 4-də meydan sahibləri, 6-da qonaqlar qələbə qazanıb. 5 oyunda qalib müəyyənləşməyib. Topların nisbətində "Sabah"ın üstünlüyü var - 22:20.
Son 6 qarşılaşmada ən azı 2 qol qeydə alınıb. Rəşad Sadıqovun baş məşqçi olduğu komanda son 7 oyunda meydanı qolsuz tərk etməyib.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust (cümə)
19:00. “Zirə” - “Sabah”
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Vüqar Həsənli
Hakim-inspektor: Ömər Paşayev
VAR hakimi: Rauf Cabarov
VAR hakiminin köməkçisi: Kamal Umudlu
“Dalğa Arena”
Qeyd edək ki, turun digər oyunları 13-14 avqustda keçiriləcək. Müvafiq olaraq, "Qarabağ" "Sumqayıt"ın, "Turan Tovuz" "Səbail"in, "Şamaxı" "Qəbələ"nin və "Neftçi" "Kəpəz"in qonağı olacaq.
Digər Xəbərlər

Qurban Qurbanov: “Bu qalibiyyəti ordumuza həsr edirəm”

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə qələbə ilə başlayıb - YENİLƏNİB

“Qarabağ”-“Molde” oyununa nə qədər bilet satılıb?

“Oyun barədə çox danışmağa ehtiyac yoxdur” - Qurban Qurbanov

Çempionlar Liqası: “Qalatasaray” bu gün qrupda ilk oyununu keçirəcək

Çempionlar Liqasının qrup mərhələsi başlayır - Bu gün 8 oyun olacaq

“Səbail” “Kəpəz”i darmadağın etdi
