Azərbaycan, Pakistan və Türkiyə parlament sədrləri Pəncabın baş naziri ilə görüşüblər
Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Lahor şəhərində Pəncab əyalətinin baş naziri Məryəm Nəvaz Şərif ilə görüşüblər.
Adalet.az xəbər verir ki, görüşdə ölkələr arasında əlaqələr və parlament əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.
Bildirilib ki, xalqların mədəni, dini və mənəvi yaxınlığı ölkələrimiz arasında dostluq və qardaşlıq əlaqələrinin əsasını təşkil edir. Vurğulanıb ki, dövlət başçıları arasında sıx siyasi təmaslar, dostluq münasibətləri bütün sahələrdə əlaqələrin inkişafına böyük təsir göstərir, xalqları və dövlətləri bir-birinə daha da yaxınlaşdırır.
Söhbət zamanı Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin İslamabadda keçirilən üçtərəfli görüşün və orada müzakirə olunan məsələlərin əhəmiyyəti qeyd edilib. Bildirilib ki, parlament sədrlərinin bu üçtərəfli əməkdaşlıq mexanizmi, keçirilən görüşlər, qarşılıqlı səfərlər, o cümlədən nüfuzlu beynəlxalq parlament təşkilatlarında deputatlarımızın birgə fəaliyyəti, prinsipial məsələlərdə ortaq mövqe sərgiləməyi ölkələr arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin parlament müstəvisində də gücləndirilməsinə xidmət edir.
Görüşdə ikitərəfli və üçtərəfli formatda əməkdaşlığımızın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
09 Noyabr 2025 13:06
Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır - Prezident
09 Noyabr 2025 13:02
Türkiyə XİN-dən Bayraq Günü ilə bağlı təbrik paylaşımı
09 Noyabr 2025 09:00
Prezidentdən Bayraq Günü TƏBRİKİ - FOTO
09 Noyabr 2025 08:33
"Ermənistan artıq sülh sazişi üçün real addımlar atır" - Ceyhun Bayramov
09 Noyabr 2025 08:20
Prezidentdən hərbi paradla bağlı paylaşım - VİDEO
08 Noyabr 2025 19:00
“Müstəqil Azərbaycanın dövlət bayrağı ən ali tribunalarda qaldırılıb”
08 Noyabr 2025 18:42
Ərdoğanın Azərbaycana səfəri BAŞA ÇATDI
08 Noyabr 2025 18:10


Bakı -°C

