“Azərbaycan Ordusu müharibəyə hazırdır” - Zakir Həsənov
"Azərbaycan Ordusu daim təlimlər keçir. Bunların hamısı müharibəyə hazırlıq məqsədi daşıyır”
Bunu Müdafiə naziri, general-polkovnik Zakir Həsənov "Real TV”yə müsahibəsində deyib. Nazir vurğulayıb ki, Azərbaycan Ordusu hər dəqiqə müharibəyə hazır olmalıdır:
"Ordumuz öz müqəddəs borcunu yerinə yetirməyə, torpaqlarını işğaldan azad etməyə hazırlaşır, hazırdır və bunu arzulayır. Bizim şəxsi heyətin döyüş hazırlığının yüksək olmasının sübutu da var. 2016-cı ildə biz bunu sübut etdik”.
Z.Həsənov qeyd edib ki, düşmənlərimiz son zamanlar keçirilən beynəlxalq hərbi oyunlarda sonuncu yerləri tuturlar: "Bunu özləri də yazırlar ki, biabır olublar. Hər bir hərbi oyunda onlar biabır olurlar. Azərbaycan Ordusu isə belə yarışlarda daim yüksək yerlər tutur. Bu, ordumuzun nə dərəcədə böyük döyüş qabiliyyətinə malik olmasının göstəricisidir. Şəxsi heyətin yüksək səviyyədə döyüş hazırlığı, döyüş qabiliyyəti, ilk növbədə onların vətənpərvərliyindən asılıdır. Xüsusilə qeyd etmək istəyirəm ki, son illər şəxsi heyətin nizam-intizamı, ideoloji hazırlığı yüksək səviyyədədir. Azərbaycan xalqı öz Ordusunu sevir, ona güvənir və ona dəstək olur”.(azvision.az)
Digər Xəbərlər
27 Aprel 2024 21:10
"Hər gün mülki əhalimiz Ermənistanın yerləşdirdiyi mina ilə üzləşir" - Hikmət Hacıyev
26 Aprel 2024 21:53İlham Əliyevin Almaniyaya səfəri başa çatdı - FOTOLAR
26 Aprel 2024 20:40Azərbaycan və Almaniya liderlərinin Berlində birgə mətbuat konfransı olub - YENİLƏNİB + VİDEO
26 Aprel 2024 20:30Prezidentlərin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB
26 Aprel 2024 19:41