adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
29 Iyun 2019 17:43
22366
SİYASƏT

Azərbaycan NATO PA-nın tanıtım proqramında iştirak edəcək

Milli Məclisin deputatı, NATO Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvü Kamran Bayramov Assambleya tərəfindən iyulun 1-də və 2-də NATO-nun Brüssel şəhərindəki mənzil qərargahında təşkil olunan tanıtım proqramında iştirak edəcək.

Trend-in məlumatına görə, tədbir çərçivəsində deputatımız NATO-nun siyasətinə, tərəfdaşları ilə münasibətlərinə, həyata keçirdiyi əməliyyatlara, Alyansın Parlament Assambleyası ilə əməkdaşlığına həsr olunan müzakirələrdə iştirak edəcək.

Eyni zamanda, K.Bayramov təşkilatın yüksək vəzifəli mülki və hərbi rütbəli rəsmi şəxsləri, o cümlədən quruma üzv olan dövlətlərin daimi nümayəndələri ilə görüşlərdə iştirak edəcək.