adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
26 Iyun 2018 15:48
27960
MƏDƏNİYYƏT

Azərbaycan misgərləri nə istəyir?

Misgərliyin sabahını düşünən bir qələmadamı kimi bu sənətin daha geniş intişar tapmasının tərəfdarıyam. Bu sənətyaşamalı, nəfəs almalı və daha uzun ömürlü olmalıdır. Bunun üçün isə hərbirimizdən bu sənətə sevgi, qayğı tələb olunur.

Bildiyiniz kimi rəhbərlik etdiyiminYeni Həyat İqtisadi-İnkişaf İctimai Birliyi Azərbaycan RespublikasınınPrezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasınınmaliyyə dəstəyi ilə "Lahıc misgərlik sənətinin inkişaf perspektivləri ilə bağlıtədbirlərin təşkili” layihəsi çərçivəsində Lahıcın qədim misgərlik sənətinin bugünkü vəziyyətini geniş şəkildə araşdırıram. Əlbəttə, əldə etdiyim hər birinformasiya, emalatxanasında olduğum bütün sənətkarların bir məqədi var-Lahıc misgərliksənətini yaşatmaq, onu gənc nəsilə öyrətmək və bu sənətin gözəlliklərini təbliğetmək. Misgərlərlə söhbətimiz zamanı onların hamısından eyni sözü eşitdik.Onlar deyirlər ki, ictiamiyyətin, insanların mis əşyalara marağı, tələbatı azdır, bu isə sənətinnəfəsinin daralmasına səbəb olan amildir. Sənətkarlar istəyir ki, dövlətmuzeyləri, yerli kolleksiyaçılar, eləcə də müxtəlif təşkilatlar mis əşyalarhazırlamaları üçün misgərlərə sifarişlər versinlər. Bu sahədə dövlətsifarişinin olmamasının misgərlərin işinə çətinlik yaratdığını qeyd edənsənətkarlar bildirir ki, Mədəniyyət Nazirliyinin, Milli Elmlər Akademiyasınınnəzdində olan müvafiq qurumlar misgərlərə sifarişlər verməlidir ki, onlartələbata uyğun sənət inciləri yaratsınlar.

Lahıclı ustalar bildirir ki, müxtəlifsərgilərdə iştirak edirlər və bu sərgilərdə müəyyən qədər öz əl işlərini satabilirlər. Ancaq bunun onlar üçün kifayət etmədiyini deyən sənətkarlar qeyd edirki, əsərləri əsasənxaricilərtərəfindən alınır, bu da o nümunələrin ölkəmizdən kənara çıxması ilənəticələnir. Lahıclı ustalar düşünür ki, əl işləri muzeylər tərəfindən alınarsabu sənətin yaşaması demək olardı. Muzeylərin mis qablara təlbatının olmadığınıdeyən sənətkarlar bildirir ki, müasir ustaların əl işləri muzeylər tərəfindən alınmır.Bu gün Lahıcın qədim sənət növlərindən biri olan misgərlikdən danışarkəndeməliyəm ki, misgərlər köhnə zamanlardakı kimi qazanlar, məcmayilər,aşsüzənlər, güyümlər və s düzəltmir. Düzdür, bu əşyaları düzəldənlər də var,ancaq kütləvi deyil. Onlar əsasən qolbağılar, müxtəlif zinyət əşyalarıhazırlayırlar. Dediklərinə görə, bu gün bazarda əsasən misdən düzələnbilərziklərə, qolbağla, müxtəlif bəzək əşyalarına tələbat var.

Bu gün həm materialın bahaolduğunu, həm də misgərlik işlərinə əhalinin tələblərinin az olduğunu əsas gətirənmisgərlər hesab edir ki, dövlət sifarişləri olmasa sənətkarlar çətinlik çəkməkdədavam edəcəklər.

Misgər Kəbləm Əliyev qeydedir ki, misgərlik sənəti o qədər zəngin, məzmunlu, diqqət tələb edən bir sənətdirki, onu 30 yaşında dərk edib:”Mən misgərlik sənətinin nə olduğunu 30 yaşımdansonra dərk etdim. Bu sənəti atamdan öyrənmişəm. Misgərlik sənəti həqiqətən dəbir dəryadır.

Qeyd edim ki, müasir dövrümüzdə də,Lahıc misgərlik mərkəzi kimi tanınır və uzun əsrlərdir o bu missiyanı layiqincədaşıyır. Buna nümunə kimi, 2010-cu ildə Lahıcda yaradılan "Misgər-Tənəkəçi”kurslarını göstərmək olar.

Misgər-tənəkəçilik sənətinə daha çox rayonlarda üstünlük verilsədə, Bakıda da bu işlə məşğul olan ustalarımız az deyil. Onlardan biri dəHabil müəllimdir. O, artıq 20 ildən çoxdurhər gün səhər 9-dan, axşam 7-yə kimi balaca dükanında müxtəlif sənət nümunələrihazırlayır. Hazırladığı məhsulları isə sataraq 3 övladına baxır. Öz dili ilədesək, çörək pulunu çıxarır:"24 yaşım olardı bu işə başlayanda.Əslində, kimsə məni bu sənətə yönəltməyib, özümün marağı olub. Usta yanında birneçə il işlədikdən sonra 90-cı illərin sonunda balaca dükan açdım. O gündənetibarən ustalıq fəaliyyətimə başladım. Şəhərin müxtəlif yerlərində dükanlarımoldu. Ən son iş yerim isə, gördüyünüz bu dukandır”.

Misgərlərin və misdən hazırlanan əl işlərinin sayının azalmasışüşə, keramika və digər məhsullara olan tələbatdan irəli gəlir. Habil müəllim qeydedir ki, insanlar daha çox hazır məhsula üstünlük verir:"Əvvəllərplastik turba və çənlər mövcud deyildi. İnsanlar həmin əşyaları misdənhazırlamaq üçün bizə müraciət edirdilər. Amma onlar istehsal olunduqdansonra bizim işlərimiz xeyli zəiflədi. Buna baxmayaraq, başqa əşyalar hazırlayıbsatırıq. Gördüyünüz bu su qabın 6-8 manata, tütgeci isə 2 manata satıram.Qiymətlərin fərqli olması onların materialından asılıdır. İnsanlar evlərindəsoba qurduqları üçün işlərimiz daha çox qış aylarında yaxşı gedir. Həminvaxtlarda gündəlik qazancım 10-15 manat olur. Yayda isə çox vaxt günlərləqazancım olmur. Ancaq ailəmi dolandıra bilirəm, buna da şükür”.

Otəəssüflə qeyd etdi ki, hazırda bu sənət əsərlərinə təlabatın az olmasıustaları narahat edir.

Lahıclımisgərlər inanırlar ki, bu sənətə ictiamiyyətin və muzeylərin tələbatı artacaqvə onlar sifarişlə sənət əsərləri yaradacaqlar.

Lahıclımisgərlərin arzularına mən də qoşuluram, inanıram ki, layihəmizdən sonraonların sifarişçilərinin sayı artacaq.

Əzizoxucular, beləcə qədim xalq sənətimiz olan Lahıc misgərlik sənətinin dünəni, bugünü və sabahı haqqında faktlar əsasında araşdırmamızı başa çatdırırıq.İnanırıq ki, lahıclı misgərlər bu sənəti yaşatmaq, onu gələcək nəsillərəötürmək üçün yorulmadan fəaliyyət göstərəcəklər...

ƏdilƏdilzadə

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə çap olunur