Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin olundu
İqtisadiyyat Nazirliyinin Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Metrologiya İnstitutuna baş direktor təyin edilib.
Adalet.az xəbər verir ki, bu vəzifə indiyə qədər direktoru müvəqqəti əvəz edən Xamis Seyranova həvalə olunub.
O, I “Yüksəliş” müsabiqəsinin qalibidir.
X.Seyranov 1984-cü ildə anadan olub, Bakı Dövlət Universitetində Hüquqşünaslıq ixtisası üzrə bakalavriat və magistratura, Azərbaycan Milli Elmlər Akademiyasında Mülki və təsərrüfat hüququ ixtisası üzrə aspirantura/doktorantura, İsveçin Malmö Universitetində Dünya siyasi prosesləri ixtisası üzrə ikinci magistratura təhsili alıb.
Digər Xəbərlər
21 Sentyabr 2026 07:34
Dünya yeməklə sınağa çəkilir - Ərzaq qiymətləri 4 ilin zirvəsində
18 Sentyabr 2026 16:40
Sentyabrın 21-dək bunu etməyənlər cərimələnəcək
18 Sentyabr 2026 11:40
Tahir Gözələ yeni vəzif verildi - Bank sədri oldu
18 Sentyabr 2026 10:26


Bakı -°C

