Azərbaycan Mərkəzi Bankında kadr dəyişikliyi
Azərbaycan Mərkəzi Bankının (AMB) Maliyyə idarəetməsi departamentinin direktoru Sevda Əmirova vəzifəsindən azad edilib.
Adalet.az AMB-yə istinadən xəbər verir ki, bununla bağlı qurumun sədri Taleh Kazımov əmr imzalayıb.
Əmrə əsasən, onun yerinə Anar Mansurov təyin olunub.
O, bundan əvvəl "AzerGold" QSC-nin maliyyə şöbəsinin rəisi, səhmdar cəmiyyətinin törəmə şirkəti - "Azerblast" MMC-nin Müşahidə Şurasının sədri olub, paralel olaraq "AzRe Təkrarsığorta" ASC-nin Direktor Şurasının müstəqil üzvüdür.
A.Mansurov Azərbaycanın məşhur bəstəkarı, xalq artisti Eldar Mansurovun oğludur.
Digər Xəbərlər
22 Sentyabr 2026 14:24
Azərbaycanda alüminium istehsalı 100 min tona çatdırılmalıdır
22 Sentyabr 2026 12:47
Leyla Əliyevanın təşəbbüsü ilə Bilgəhdə sahilyanı təmizlik aksiyası keçirilib
22 Sentyabr 2026 12:14
Ağdam-Xankəndi dəmiryol xəttinin bərpası davam edir - VİDEO
22 Sentyabr 2026 11:35


Bakı -°C

