Azərbaycan “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulur - SƏRƏNCAM
Prezident Azərbaycanın “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.
Adalet.az-ın məlumatına görə, dövət başçısının imzaladığı sənəddə deyilir:
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə qoşulmaq niyyətini nəzərə alaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. üç ay müddətində aşağıdakılar barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:
1.1.1. emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahəsində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı normativ hüquqi bazanın təkmilləşdirilməsi;
1.1.2. emal edilməmiş almazın ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi qaydası;
1.1.3. emal edilməmiş almazın gömrük rəsmiləşdirilməsinin “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nə uyğunlaşdırılması;
1.1.4. bu Sərəncamın 1.1.1-ci yarımbəndində qeyd olunan fəaliyyətin rəqəmsallaşdırılması;
1.1.5. emal edilməmiş almazın idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi zamanı mühafizənin təşkili;
1.2. bu Sərəncamın 1.1.1-ci yarımbəndi nəzərə alınmaqla, dövlət nəzarətinin həyata keçirilməsi məqsədilə emal edilməmiş almazın gemoloji xüsusiyyətlərinin müəyyən edilməsi üzrə laboratoriyaların yaradılması və onların fəaliyyətinin təşkili ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə dövlət büdcəsindən vəsait ayrılmasını təmin etsin;
1.3. Azərbaycan Respublikasının “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin iştirakçıları ilə qarşılıqlı əlaqələrinin qurulmasından irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün;
1.4. bu Sərəncamdan irəli gələn digər məsələləri həll etsin.
Digər Xəbərlər
25 Mart 2026 20:19
"Ermənistan və Azərbaycan arasında sülh artıq öz etibarlılığını sübut edib" - Mirzoyan
25 Mart 2026 18:11
Sahibə Qafarova ilə görüşdə Azərbaycana təşəkkür etdi - FOTOLAR
25 Mart 2026 11:37
İlham Əliyev yunanıstanlı həmkarını təbrik etdi
25 Mart 2026 11:01
“Müharibənin daha üç il davam etməsi silah-sursat qıtlığına səbəb olacaq”
25 Mart 2026 10:07
“ABŞ-nin Tehranda dəyişə bilmədiyi rejimlə əməkdaşlığı təəcüblü deyil...”
25 Mart 2026 10:05
“İsrailin İrana qarşı müharibəsi davam etsə də...” – Politoloq
24 Mart 2026 15:41
Sahibə Qafarova Çinə səfər etdi - FOTO
24 Mart 2026 10:11


Bakı -°C

