"Azərbaycan iqtisadi müstəqillik sahəsində uğur hekayəsini yazıb" - Komitə sədri

"İqtisadi müstəqillik ölkənin iqtisadi siyasətinin hər hansı xarici təsirlərə məruz qalmadan həyata keçirilməsidir. İqtisadi siyasətin həyata keçirilməsində müstəqil qərarların verilməsi, xarici müdaxilələrə yol verilməməsidir. Azərbaycan iqtisadi müstəqillik sahəsində özünün uğur hekayəsini yazıb".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusunda elmi-praktik konfransda çıxışı zamanı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.
O bildirib ki, iqtisadi müstəqillik həm də iqtisadi siyasətdə strateji hədəflərin ölkənin milli maraqlarına cavab verən strateji vəzifələrin nəzərə alınmasıdır: "Bir çox ölkələr heç də buna nail ola bilmirlər. Həmin ölkələrdə suverenlik formal xarakter daşıyır".
Digər Xəbərlər

İşğaldan azad olunmuş ərazilərin bərpasına bu il 2,6 milyard manat xərclənib

“Son 30 ildə dövlətimizin büdcəsi 50 dəfə artıb" - Nazir müavini

"Azərbaycan və Ermənistan arasında nəqliyyat yolları açılır"
