Azərbaycan ilə Türkiyə arasında media sahəsində dezinformasiya ilə mübarizə müzakirə olunub - FOTO
“Türk dövlətlərinin dezinformasiya ilə mübarizə üzrə Forumu” çərçivəsində Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov ilə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran arasında ikitərəfli görüş keçirilib.
Adalet.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi məlumat yayıb.
Görüş zamanı vurğulanıb ki, Azərbaycan ilə Türkiyə arasında media sahəsində formalaşmış strateji tərəfdaşlıq dezinformasiya ilə mübarizə istiqamətində ardıcıl və məqsədyönlü şəkildə inkişaf etdirilir.
Qeyd olunub ki, müasir informasiya mühitində saxta və manipulyativ məzmunların sürətlə yayılması ictimai rəyə və regional sabitliyə ciddi təsir göstərir, bu isə türk dövlətləri arasında koordinasiyalı, institusional və davamlı əməkdaşlığın gücləndirilməsini zəruri edir. Bu kontekstdə Türkiyə–Azərbaycan Media Platformasının birgə fəaliyyət, operativ informasiya mübadiləsi və vahid mövqenin formalaşdırılması baxımından effektiv mexanizm olduğu xüsusi olaraq diqqətə çatdırılıb.
Eyni zamanda bildirilib ki, informasiya axınlarının intensivləşdiyi şəraitdə media sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi, qarşılıqlı dialoqun dərinləşdirilməsi və peşəkar əməkdaşlığın təşviqi mühüm əhəmiyyət kəsb edir. Media və kommunikasiya sahəsində mövcud çağırışların müzakirəsi, praktik həll yollarının müəyyənləşdirilməsi və birgə yanaşmaların formalaşdırılmasının gələcəkdə daha da intensiv şəkildə həyata keçiriləcəyinə əminlik ifadə edilib.
Digər Xəbərlər
17 Mart 2026 13:16
Media orqanlarının nəzərinə: Tələblər artırılır
10 Mart 2026 17:26
Bir sıra media nümayəndələri üçün vörkşop keçirilib - FOTOLAR
10 Mart 2026 16:06
Bu hesabatda Azərbaycana dair qərəzli mülahizələr var - MEDİA
10 Mart 2026 12:33
Medianın İnkişafı Agentliyinin yeni Nizamnaməsi hazırlanacaq
06 Mart 2026 21:44
MEDİA bu səhifəyə xəbərdarlıq etdi
06 Mart 2026 17:26
Azərbaycan-İran sərhədində hərbi texnikaların yerləşdirilməsi dezinformasiyadır - MEDİA
05 Mart 2026 09:10
Bakıvaxtı.az-ın 5 yaşı tamam olur
04 Mart 2026 11:39


Bakı -°C

