Azərbaycan İKT sahəsi üzrə Cənubi Qafqazda liderdir
Beynəlxalq Elektrorabitə İttifaqı İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) sahəsi üzrə ölkələrin builki reytinq cədvəlini hazırlayıb.
Adalet.az-ın məlumatına görə, "Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, cədvəlin birinci sırasında bu il də Koreya Respublikası qərarlaşıb.
175 ölkənin yer aldığı siyahıda Azərbaycan Qazaxıstan, Küveyt, Kipr, Argentina, Çili və Kosta-Rikadan geri qalsa da, Oman, Malaziya, Rumıniya, Montoneqro kimi ölkələrdən irəlidədir.
Cədvəldə Azərbaycan 58, Ermənistan 71-ci, Rusiya 43-cü, Gürcüstan 72-ci sırada dayanıb.
Qeyd edək ki, reytinq cədvəlinin ilk beşliyini İslandiya, Danimarka, İsveçrə və Böyük Britaniya təşkil edir.
Digər Xəbərlər
02 May 2024 20:27