Azərbaycan gəncləri üçün interaktiv idman, əyləncə və sağlam həyat platforması - GəncFit
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə gənclərin sağlam həyat tərzinə, aktiv sosial iştirakına və asudə vaxtlarının səmərəli təşkilinə xidmət edən GəncFit adlı innovativ rəqəmsal platforma hazırlanıb. Bu platforma yalnız idman zalları deyil, həm də rəqs studiyaları, yoga mərkəzləri, üzgüçülük hovuzları, crossfit və fitness kompleksləri, tennis və boks meydançaları, həmçinin bowling, airsoft, paintball və digər aktiv əyləncə məkanları haqqında məlumatları bir məkanda toplayan ilk yerli onlayn sistemdir.
GəncFit platformasının ən innovativ xüsusiyyətlərindən biri isə platformaya inteqrasiya edilmiş AI Chatbot Sistemidir. Bu süni intellekt əsaslı virtual köməkçi vasitəsilə istifadəçilər öz hədəflərinə uyğun fərdi qidalanma planı, məşq proqramı, çəki idarəetmə planı, həmçinin gündəlik motivasiya və sağlam həyat tərzi üzrə tövsiyələr əldə edə bilirlər. Chatbot istifadəçinin yaşını, boy-kütlə indeksini, idman məqsədini və sağlamlıq göstəricilərini nəzərə alaraq avtomatik fərdi planlar təqdim edir. Bu, layihəni klassik məlumat platformasından fərqləndirərək, onu interaktiv sağlamlıq və inkişaf ekosisteminə çevirir.
Layihə rəhbəri Muxtar Zəkəriyyəyev bildirir: “Biz GəncFit-i yalnız idman mərkəzlərini göstərən sayt kimi deyil, gənclərin sağlam şəkildə yaşaması, düzgün qidalanması, aktiv fəaliyyətlə məşğul olması və motivasiyasını artırması üçün hazırlanmış ağıllı platforma kimi dizayn etdik. Süni intellekt dəstəyi ilə gənclərə real, faydalı və şəxsi ehtiyaclarına uyğun planlar təqdim etmək bu layihəni daha dəyərli edir.”
GəncFit – sağlam, aktiv və ağıllı seçim!
Platforma: www.gencfit.az (Beta versiya aktivdi)
Digər Xəbərlər
17 Avqust 2026 11:36
Naxçıvan MR-də icra olunan layihə başa çatdı
14 Avqust 2026 11:47
“Dənizçi” istirahət mərkəzində növbəti görüş
14 Avqust 2026 09:00
BİZİM GƏNCLƏRƏ GÜVƏNMƏK OLAR
13 Avqust 2026 11:02
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər
12 Avqust 2026 09:43
Mövzunun aktuallığı yerli ictimaiyyətin marağına səbəb oldu
07 Avqust 2026 09:00
BİZ MÖHTƏŞƏM QƏLƏBƏNİ ŞƏHİDLƏRİMİZİN QANI HESABINA QAZANDIQ
31 Iyul 2026 12:50
“DSD” İB Xəzər Dəniz Neft Donanmasında dənizçi şəhid ailələri ilə görüş keçirib
31 Iyul 2026 09:00


Bakı -°C

