adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
29 Mart 2017 21:54
7415
MƏDƏNİYYƏT

Azərbaycan, fransız və yunan ifaçıları bir arada

Aprelin 1-də Beynəlxalq Muğam Mərkəzində Azərbaycan, fransız və yunan ifaçıları birgə konsert proqramı ilə çıxış edəcəklər.

Adalet.az-ın məlumatına görə, konsertdə gənc muğam ifaçısı Qoçaq Əsgərovla birgə Pierrede Tregomain, Yeleni Souzana Vougioukli eyni səhnəni bölüşəcəklər.

Konsertdə ifaçıları Elnur Mikayilov (kamança) İsmayıl Zülfiqarov (tar) Kamran Kərimov (nağara) və Vasif Hüseynzadə (pianoda) müşayiət edəcəklər.